“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.08.2013, 10:29
1208

Azərbaycan tarixi günbəgün: 1 avqust

A- A+

1 avqust 1918 – Bakıda eser, menşevik və daşnaklardan ibarət "Sentrokaspi və Fəhlə-əsgər deputatları Soveti Müvəqqəti Komitəsinin diktaturası” adlı mürtəce qurum yaradılıb...

 

1 avqust 1421 – Qaraqoyunlu hökmdarı Qara Yusifin oğulları İsgəndər və İsfəndiyarın başçılıq etdiyi qoşunlarla Teymuri sultanı Şahruxun və Şirvanşahın birləşmiş qüvvələri arasında Alaşkerd vadisində döyüş olub. Döyüş Teymurilər və Şirvanşahların qələbəsi ilə nəticələnib. Qaraqoyunlu dövləti ilə mübarizədə Şirvanşah I İbrahimə dəstək verən Teymuri sultanı öz növbəsində onun köməyi ilə Azərbaycanın digər ərazilərini ələ keçirməyə çalışırdı.

 

1 avqust 1473 – Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu dövlətinin (1468-1501) qoşunları ilə Osmanlı ordusu arasında Malatya döyüşü olub. İki türk dövləti arasında bölgəyə nəzarət uğrunda 1472-ci ildə başlanan müharibənin ilk ciddi döyüşü Ağqoyunluların qələbəsi ilə nəticələnib. Lakin cəmisi 10 gün sonra Osmanlı ordusu Otluqbeli (Tərcan) döyüşündə Ağqoyunlu qoşunlarını ağır məğlubiyyətə uğratdı.

 

1 avqust 1918 – Bakıda eser, menşevik və daşnaklardan ibarət "Sentrokaspi və Fəhlə-əsgər deputatları Soveti Müvəqqəti Komitəsinin diktaturası” adlı mürtəce qurum yaradılıb. “Bakı Kommunası”nın süqutundan sonra yaranan qurum da bolşeviklər kimi eyni məqsədi - Xalq Cümhuriyyəti hökumətinin Bakıya gəlişinin qarşısını almağı güdürdü. Lakin onlar buna müyyəsər olmadlar. İngilislərin Bakıya çağırılması da işə yaramadı. Sentyabrın 15-də Qafqaz İslam Ordusunun köməyi ilə Bakı azad edildi.

 

1 avqust 2001 – Azərbaycan Respublikası ərazisində bütün idarə-müəssisələr, dövlət və qeyri-dövlət qurumları, Azərbaycan dilində olan bütün nəşrlər latın qrafikalı əlifbaya keçiblər. Bu tarixi proses prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşib. Prezidenti Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi