“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.08.2013, 08:42
1763

Azərbaycan tarixi günbəgün: 8 avqust

A- A+

8 avqust 1991 – Azərbaycanlı əhali Ermənistan ərazisindəki sonuncu yaşayış məntəqəsindən - Mehri rayonunun Nüvədi kəndindən erməni silahlı qüvvələri tətəfindən zorla deportasiya edilib. Ermənistanda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə sona çatıb...

 

8 avqust 1948 – Görkəmli kinoaktyor, xalq artisti Rasim Balayev Ağsuda anadan olub. Kinodakı ilk baş rolu ("Nəsimi" filmi, 1974) ona şöhrət gətirib, bundan sonra onlarla filmdə müxtəlif obrazlar yaradıb. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda da filmlərə çəkilib. 

 

8 avqust 1991 – Ermənistan ərazisində azərbaycanlı yaşayan sonuncu yaşayış məntəqəsi - Mehri rayonunun Nüvədi kəndi erməni silahlı qüvvələrinin hücumu nəticəsində talan edilib. Erməni qüvvələri kəndin bütün əhalisini zorla deportasiya ediblər. 1988-ci ildə Ermənistanda azərbaycanlı əhaliyə qarşı başlanan etnik təmizləmə sona çatıb.

 

8 avqust 2008 – Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində XXIX Yay Olimpiya Oyunlarına start verilib. Azərbaycan bu mötəbər yarışlarda 44 idmaçı ilə təmsil olunub. Olimpiadada uğurla çıxış edən idmançılarımız ümumilikdə 7 medal (1 qızıl, 2 gümüş, 4 bürünc) qazanıblar. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi