Azərbaycan tarixi günbəgün: 30 avqust
30 avqust 1991 – Azərbaycan parlamenti - Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul edib...
30 avqust 1410 – Təbriz yaxınlığında baş verən ikinci Şənbi-Qazan döyüşündə Qaraqoyunlu hökmdarı Qara Yusifin qoşunları Cəlairilər dövlətinin başçısı Sultan Əhmədin ordusunu məğlub edib. Bu döyüşdən sonra Cəlairilər dövlətinin (Cənubi Azərbaycan 1359-1410-cu illərdə bu dövlətin tərkibində olub) mövcudluğuna son qoyulub. Bölgədə siyasi arenaya yeni Azərbaycan-türk dövləti - Qaraqoyunlu imperatorluğu (1410-1468) çıxıb.
30 avqust 1930 – Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin qərarı respublika ərazisi yeni ərazi-inzibati vahidlərə - rayonlara bölünüb. Qərara əsasən, Azərbaycan SSR ərazisində 63 rayon yaradılıb. Bundan öncə (1920-1930-cu illərdə) respublikada ərazi-inzibati bölgü sistemi olaraq 10 dairə (Bakı, Gəncə, Qarabağ (Agdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Şirvan (Göycay) Nuxa, Zaqatala) və onların tərkibində qəzalar mövcud idi.
30 avqust 1991 – Azərbaycan parlamentinin - Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olunub. Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun - Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul edib.
30 avqust 1992 – Azərbaycan Respublikası ilə Qazaxıstan arasında diplomatik əlaqələr qurulub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: