“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.08.2013, 10:27
1795

Azərbaycan tarixi günbəgün: 27 avqust

A- A+

27 avqust 1991 – Bakı Şəhər Xalq Deputatları Sovetinin qərarı ilə indiki Azadlıq meydanında Sovet İttifaqının qurucusu Vladimir Leninin heykəli sökülüb...

 

27 avqust 1929 - Aktyor, rejissor, mədəniyyət işçisi Məmmədkamal Allahqulu oğlu Kazımov (1929-2005) Bakıda anadan olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Ağdam Dövlət Dram Teatrında, Tənqid-Təbliğ Teatrında çalışıb. 

 

27 avqust 1937 - Ədəbiyyatşünas alim, yazıçı, tərcüməçi Qəzənfər Paşayev Tovuz rayonunun Düaqıraqlı kəndində anadan olub.

 

27 avqust 1989 – Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Dağlıq Qarabağın erməni əhalisinin «səlahiyyətli nümayəndələr qurultayı»nın qərarlarını qeyri-qanuni elan edib. Erməni separatçıları avqustun 16-da Stepanakertdə (Xankəndi) “qurultay” keçirərək Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar vilayət statusundan imtina edilməsi barədə qərar qəbul etmişdilər.

 

27 avqust 1991 – Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə şəhərin mərkəzi (Lenin adına) meydanında Sovet İttifaqının qurucusu Vladimir Leninin heykəli sökülüb. Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə meydana rəsmən "Azadlıq" adı verilib.

 

27 avqust 1991 – Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında muxtar respublika ərazisində Sov.İKP-nin və komsomol təşkilatının fəaliyyətinin dayandırılması və onların əmlakının milliləşdirilməsi haqqında qərar qəbul edilib. Ali Məclis Moskvada kommunust-revanşist qüvvələrin "avqust qiyamı"nı pisləyən bəyanat qəbul edib. Cəmiyyətin tələbinə baxmayaraq Azərbaycanın o vaxtkı partiya-sovet rəhbərliyi bu məsələdə hələlik susmağa üstünlük verirdi.

 

27 avqust 1992 – Azərbaycan Respublikası liilə Qvineya-Bisau dövləti arasında diplomatik münasibətlər qurulması barədə protokol imzalanıb.

 

27 avqust 1998 - Görkəmli kinorejissor («Görüş”, “Uzaq sahillərdə”,“Dədə Qorqud”, “Yeddi oğul istərəm” filmləri), ssenarist Tofiq Tağızadə (7.2.1919-1998) vəfat edib.

 

27 avqust 2005 – MDB dövlət başçılarının Kazanda (Rusiya, Tatarıstan) keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan arasında Qarabağ nizamlanması ilə bağlı növbəti görüş keçirilib. Bu, prezidentlər İlham Əliyev və Robert Koçaryan arasında sayca 5-ci görüş idi.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi 

 

Xəbərlər
Redaktorun seçimi