“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.08.2013, 10:32
1722

Azərbaycan tarixi günbəgün: 28 avqust

A- A+

28 avqust 1992 – Goranboy rayonunun Ballıqaya kəndi yaxınlığında çadırlarda müvəqqəti məskunlaşan Laçın sakinləri – 24 nəfər erməni silahlı dəstəsi tərəfindən qətlə yetirilib...

28 avqust 1918 – Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edib. Hökumət həmçinin ölkənin bütün məktəblərində türk (Azərbaycan) dilinin icbari qaydada tədris olunması barədə qərar qəbul edib.

28 avqust 1919 – Xalq Cümhuriyyətinin parlamenti Azərbaycan Dövlət Bankının yaradılması barədə qanun qəbul edib. Bank sisteminin mərkəzləşdirilməsi barədə müzakirələr 1918-ci ildən getsə də, hökumət və parlament daxilində fikir ayrılıqları onun reallaşmasına imkan verməmişdi. Dövlət Bankı həmin ilin oktyabrında fəaliyyətə başladı.

28 avqust 1992 – Ballıqaya qətliamı baş verib. Laçın rayonun işğalından sonra müvəqqəti Goranboy rayonunun Ballıqaya kəndi yaxınlığında çadırda məskunlaşan altı ailənin üzvləri – aralarında 6 azyaşlı uşaq, o cümlədən altıaylıq körpə olmaqla 24 nəfər gecə yatdıqları yerdə əraziyə basqın edən erməni silahlı dəstəsi tərəfindən amansızcasına qətlə yetirilib. Daha sonra çadırlara od vuran ermənilər meyitlərin əksəriyyətini yandırıblar.

28 avqust 1995 – ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi postu təsis olunub. Şəxsi nümayəndənin mandatına münaqişə zonasında atəşkəs rejiminə nəzərət, qoşunların təmas xəttində monitorinqlərin keçirilməsi daxildir.

28 avqust 2000 – Prezident Heydər Əliyev yeni yaradılan Apellyasiya Məhkəməsinin üvlərinin təyinatı ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, aşağı instansiya məhkəmələri ilə Ali Məhkəmə arasında 2-ci pillə rolunu oynayan Apellyasiya Məhkəməsinin 38 hakimi təyin edilib. 

28 avqust 2003 – Prezident Heydər Əliyevin əfv fərmanına əsasən, 70 məhbus, o cümlədən dövləti cinayətlərə görə məhkum edilmiş 44 nəfər azadlığa buraxılıb.

28 avqust 2007 – Bakıda M.Muxtarov kyçəsi 185 ünvanında inşa edilən 16 mərtəbəli binanın çökməsi nəticəsində 27 nəfər həlak olub. Qəza tikintinin mühəndislik və texniki təhlükəsizlik normalarına uyğun aparılmaması nəticəsində baş verib.

 

 

 

 

Xəbərlər
Redaktorun seçimi