“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.08.2013, 09:13
1530

Azərbaycan tarixi günbəgün: 13 avqust

A- A+

13 avqust 1993 – Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan cənubda - Füzuli və Cəbrayıl rayon mərkəzləri istiqamətində genişmiqyaslı hücumu başlanıb...

13 avqust 1993 – Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan cənubda - Füzuli və Cəbrayıl rayon mərkəzləri istiqamətində genişmiqyaslı hücumu başlanıb. Ölkədə yaranmış ağır siyasi və hərbi böhran ermənilərin hücumunun qarşısını almağa imkan vermədi. Hücumun ilk mərhələsində hər iki rayonun Dağlıq Qarabağın inzibati sərhədləri boyunca yerləşən kəndləri işğal olundu.

 

13 avqust 2001 – Prezident Heydər Əliyev ölkənin kütləvi informasiya vasitələrini milli dəyərlərə və mentalitetə sayğılı olmağa çağıran bəyanatla çıxış edib. Dövlət başçısının bəyanatı Qafqaz müsəlmanlarının dini rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin mətbuatda ("Etimad" qəzeti) təhqir olunması ilə bağlı verilmişdi. Prezident bəyanatında kütləvi informasiya vasitələrini ölkədəki söz və mətbuat azadlığından sui-istifadə etməməyə, əxlaq normalarına riayət etməyə, təhqirlərə yol verməməyə çağırmışdı.

 

13 avqust 2004 – Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsindəki aktiv fəaliyyətinə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. Mehriban Əliyeva türkdilli ölkələrin bu yüksək ada layiq görülən ilk qadın təmsilçisidir. 2006-cı ildə Azərbaycanın birinci xanımı həmçinin İslam Konfransı Təşkilatının elm, təhsil və mədəniyyət üzrə qurumu olan İSESCO-nun Xoşməramlı səfiri oldu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi