“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.08.2013, 10:10
1683

Azərbaycan tarixi günbəgün: 17 avqust

A- A+

17 avqust 1993 – Milli Məclis polkovnik Ələkram Hümbətovun ölkənin cənub bölgəsində elan etdiyi qondarma "Talış-Muğan Respublikası" ilə bağlı qərar qəbul edib...

 

17 avqust 1942 – Dünya şöhrətli müğənni, SSRİ xalq artisti Müslim Maqomayev (1942-2008) Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib, uzun illər Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. 2008-ci il oktyabrın 25-də Moskvada vəfat edib, Bakıda, “Fəxri Xiyaban”da dəfn olunub. 

 

17 avqust 1993 – Milli Məclisdə "Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında" qərar qəbul edilib. Milli Məclisin qərarında Ələkram Hümbətovun qondarma "Talış-Muğan Respublikası" yaratmaq cəhdi dövlətçilik əleyhinə qəsd kimi qiymətləndirilib. Parlament həmçinin dövlət əleyhinə fəaliyyətdə, o cümlədən Ə.Hümbətovla işbirliyində günahlandırılan Rəhim Qazıyevin Milli Məclis üzvlüyündən azad edilməsi və barəsində cinayət işinin açılması barədə qərar qəbul edib.

 

17 avqust 2002 – Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu yaradılıb. Prezident Heydər Əliyevin fərmanı ilə Fondun Əsasnaməsi təsdiqlənib. Sənədə əsasən, Azərbaycan Beynəlxalq Bankında Fondun bank hesabları açılıb. İlk dəfə olaraq ölkə əhalisi Azərbaycan ordusuna bilavasitə yardım göstərmək imkanı əldə edib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi