“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.09.2013, 10:22
1035

Azərbaycan tarixi günbəgün: 3 sentyabr

A- A+

3 sentyabr 1991 – Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında təşkilati məsələyə baxılıb. Xalq deputatı Heydər Əliyev Ali Məclisin sədri seçilib...

 

3 sentyabr 1826 – Rusiya-İran müharibəsində İran qoşunları artıq ilk döyüşdə uğursuzluğa düçar olublar. Şəmkir ətrafında baş verən döyüşdə məğlubiyyətə uğrayan şahzadə Abbas Mirzənin qoşunları geri çəkilməyə məcbur olublar. Bunun ardınca rus qoşunları Gəncə yaxınlığında da İran qoşunlarını məğlub ediblər. Bu arada Gəncədə Rusiya işğalçılığına qarşı üsyan başlasa da, rus qoşunları onu yatırmağa müvəffəq olublar.

 

3 sentyabr 1951 – Xaql artisti, tanınmış aktyor Yaşar Nuri (Yaşar Məmmədsadıq oğlu Nuriyev; 1951-2012) Bakıda anadan olub. 1968-1972-ci illərdə M.A.Əliyev ad.ADİİ-da təhsil alıb.1974-cü ildən Akademik Milli Dram Teatrının səhnəsində çıxış edib. Teatrla yanaşı, kinoda və televiziya tamaşalarında da populyarlıq qazanan obrazlar yaradıb. 

 

3 sentyabr 1991 – Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında təşkilati məsələyə baxılıb. Deputatların yekdil qərarı ilə xalq deputatı Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçilib. Heydər Əliyev 1993-cü ilin iyununadək muxtar respublikaya rəhbərlik etdi.

 

3 sentyabr 1993 – Milli Məclisin iclasında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə üzv olması barədə qərar qəbul edilib. Prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev Azərbaycanın MDB üzvlüyünə qarşı çıxan müxalifətin etirazlarına cavab olaraq bu üzvlüyün heç bir halda Azərbaycanın suverenliyinə xələl gətirməyəcəyini bəyan edib. Azərbaycanın MDB-yə qoşulması sentyabrın 24-də MDB-nin Moskva sammitində rəsmiləşdi.

 

3 sentyabr 2008 – Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Dik Çeyni Bakıya gəlib. Bu, ABŞ-Azərbaycan münasibətləri tarixində Vaşinqtondan Bakıya ilk belə yüksək səviyyəli səfər idi. Azərbaycan prezidenti İlham Əliyevin ABŞ vitse-prezidenti ilə görüşündə regionda vəziyyət (Rusiyanın Gürcüstana hərbi müdaxiləsi), iki ölkənin enerji təhlükəsizlik sahəsində və beynəlxalq terrorçuluğa qarşı mübarizədə əməkdaşlığı müzakirə edilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi 

 

Xəbərlər
Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədri seçilib

30.04.2021, 16:00 47

QHT-lər ABŞ Prezidentinin yanlış mövqeyi ilə bağlı bəyanat yayıblar

25.04.2021, 17:00 32

Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatı tarixi səhvdir

24.04.2021, 22:00 27

Qarabağın bərpası üzrə bütün istiqamətlərdə işlər başlanıb

23.04.2021, 15:00 49

İşğaldan azad edilmiş ərazilərə dəymiş ziyana dair portal hazırlanıb

22.04.2021, 18:00 32

Xalqımız Vətən müharibəsi ilə bağlı əbədi qürur hissi keçirəcək

15.04.2021, 10:00 53

Ermənilərin yerlə-yeksan etdikləri Cəbrayılda tikdikləri “ibadətgah” işğalçılığın nümunəsi idi

26.03.2021, 14:00 33

Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

19.03.2021, 13:00 373

Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı keçirilib

30.01.2021, 19:00 673

Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə – bizim dəmir yumruğumuzu bir daha görəcək

15.01.2021, 15:00 723

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

06.01.2021, 10:00 95

Zəfər gətirən ildən yeni zəfərlərə doğru

31.12.2020, 11:00 637

Cəbrayılın azad olunması uğrunda canından keçən igidlər

26.12.2020, 17:00 704

Azərbaycan bu məsələni özü həll etdi, halbuki Minsk qrupu 28 il mandata sahib idi

13.12.2020, 09:00 879

"Mən müstəqilliyi Azərbaycan xalqı üçün ən böyük nailiyyət hesab etmişəm"

12.12.2020, 12:00 1583

Redaktorun seçimi