“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.09.2013, 09:54
1360

Azərbaycan tarixi günbəgün: 25 sentyabr

A- A+

25 sentyabr 1993 – Moskvada MDB sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentəri Heydər Əliyev və Levon Ter-Petrosyan arasında ilk təkbətək görüş keçirilib...

25 sentyabr 1890 - Folklorşünas alim Əbülqasım Nurməmməd oğlu Hüseynzadə (1890 - 2.9.1988) anadan olub. 

 

25 sentyabr 1913 - Teatr rəssamı Nüsrət Fətullayev (1913-1.10.1987) anadan olub. Uzun illər Milli Dram Teatrının baş rəssamı olub.

 

25 sentyabr 1935 - Ədəbiyyatşünas alim Asif Qasım oğlu Əfəndiyev (Asif Ata) (1935 - 06.06.1997) anadan olub.

 

25 sentyabr 1993 – MDB dövlət başçılarının Moskvada keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentəri Heydər Əliyev və Levon Ter-Petrosyan arasında ilk təkbətək danışıqlar keçirilib. Rusiya prezidenti Boris Yeltsinin vasitəçiliyi ilə baş tutan görüşdə cəbhə xəttində atəşkəs imkanları müzakirə olunub. Lakin erməni qüvvələri qısa fasilədən sonra, oktyabrın əvvəlində yenidən Qarabağın cənubunda – Cəbrayıl-Füzuli rayonları ərazisində işğalçılıq hücumlarını davam etdirdilər.

 

25 sentyabr 1997 – Prezident Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfərə gedib. Səfər gedişində Azərbaycan prezidenti İtaliya rəhbərliyi ilə danışıqlar aparıb, iki ölkə arasında sazişlər imzalanıb. Azərbaycan rəhbəri Vatikanda Papa II İohann Pavellə görüşüb.

 

25 sentyabr 1998 – Bakıda Azərbaycan müəllimlərinin X qurultayı keçirilib.

 

25 sentyabr 1999 – Birləşmiş Ştatların dövlət katibi Madlen Olbrayt Azərbaycan prezidenti Heydər Əliyevə məktub göndərərək Dağlıq Qarabağ münaqişəsinin kompromis üçün daha cəsarətli addımlar atmağı xahiş edib. ABŞ dövlət katibi eyni məzmunlu məktubu Ermənistan prezidenti Robert Koçaryana da göndərib. Həmin dövrdə Ermənistan-Azərbaycan sülh danışıqlarının intensiv dövrü idi və noyabrda ATƏT-in İstanbul sammitində tərəflər arasında sülh razılaşmasının imzalanacağı gözlənilirdi. Lakin oktyabrın 27-də Ermənistan parlamentində baş verən olaylardan (baş nazir və spikerin qətlə yetirilməsi) sonra sülh prosesi dayandı. 

 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi