“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.09.2013, 09:54
1424

Azərbaycan tarixi günbəgün: 4 sentyabr

A- A+

4 sentyabr 1804 – İrəvan xanlığının Qəmərli kəndi (indiki Ermənistanda Artşat qəsəbəsi) yaxınlığında Rusiya və İran qoşunları arasında döyüş olub...

 

4 sentyabr 1804 – İrəvan xanlığının Qəmərli kəndi (indiki Ermənistanda Artşat qəsəbəsi) yaxınlığında çar Rusiyası və İran qoşunları arasında döyüş olub. Ruslar məğlub olaraq geri çəkiliblər. Bu, Rusiya-İran müharibəsində (1804-1813) rus qoşunlarının ikinci məğlubiyyəti idi. Bundan öncə ruslar Üçmüədzin döyüşündə (27 iyul) məğlub olmuşdular. Bununla belə, rus qoşunları 1805-ci ilin əvvəlində, bu dəfə Şəki və Qarabağ xanlıqlarına hücum edərək hər iki xanlığı ələ keçiriblər.

 

4 sentyabr 1918 – Daşnak-eser-menşevik «Sentrokaspi diktaturası» hökumətinin çağırışı ilə Bakıya gəlmiş ingilis hərbi kontingenti şəhəri tərk etməyə başlayıb. General Denstervilin başçılıq etdiyi ingilis dəniz desantı avqustun əvvəlində Ənzəlidən (İran) Bakıya gəlmişdi. İngilislər «Sentrokaspi diktaturası»nın Bakıda real hakimiyyətə malik olmadığını və Azərbaycan-türk (Osmanlı) qüvvələrinin hücumu qarşısında duruş gətirə bilməyəcəklərini qətiləşdirdikdən sonra geri döndülər. İngilislərin son dəstəsi Qafqaz İslam Ordusunun Bakıya hücumu (15 sentyabr) öncəsi şəhəri tərk etdi.

 

4 sentyabr 2003 - Görkəmli yazıçı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (29.12.1921-2003) vəfat edib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi 

 

Xəbərlər
Redaktorun seçimi