Azərbaycan tarixi günbəgün: 9 sentyabr
9 sentyabr 1942 – SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə Azərbaycan SSR ərazisində hərbi vəziyyət elan edilib...
9 sentyabr 1578 – Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında çoxillik müharibələrin ikinci mərhələsi başlanıb. Azərbaycanın şimal-qərbində Qanıx (Alazan) çayı sahilində (indiki Zaqatala-Balakən ərazisi) baş verən döyüşdə Səfəvi qoşunları qalib gəlib. Lakin müharibənin sonrakı döyüşlərində Osmanlılar ard-arda qələbəlar qazandılar və 1590-cı ildə bağlanan İstanbul sülh sazişi ilə iki türk dövlətinin qanlı müharibələrinin növbəti mərhələsinə yekun vuruldu. İstanbul sülh müqaviləsinə əsasən, Talış bölgəsi istisna olmaqla bütün Şimali Azərbaycan, Qərbi Azərbaycan, eləcə də Cənubi Azərvaycanın bir hissəsi (Şirvan və Qarabağdan Təbriz və Marağayadək ərazilər) Osmanlı dövlətinin nəzarətinə keçdi.
9 sentyabr 1991 – Erməni silahlı dəstələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı yeni terror aktları həyata keçiriblər. Ağdam-Xocavənd avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilib 34 nəfər yaralanıb. Ağdam-Qaradağlı marşrutu üzrə avtobusun gülləbaran edilməsi nəticəsində 8 azərbaycanlı həlak olmuş, 42 nəfər xəsarət almışdı.
9 sentyabr 1942 – SSRİ Dövlət Müdafiə Komitəsinin (sədr İosif Stalin) qərarı ilə Azərbaycan SSR ərazisində rəsmən hərbi vəziyyət elan edilib. Bu vaxt faşist Almaniyasının qoşun birləşmələrinin artıq Qafqaz dağlarında idi və Bakı üzərinə hava reydləri həyata keçirilirdi.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: