“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.09.2013, 10:51
1677

Azərbaycan tarixi günbəgün: 16 sentyabr

A- A+

16 sentyabr 1989 – Ermənilərin Tbilisi-Bakı sərnişin avtobusunu partlatması nəticəsində 5 nəfər həlak olub...

 

16 sentyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilə Osmanlı hökuməti arasında ilk ticarət sazişi bağlanıb. Saziş Azərbaycandan Türkiyəyə neft, pambıq, yun və digər məhsulların ixracını nəzərdə tuturdu. Sazişin ilkin məbləği 3 milyon türk lirəsi həcmində nəzərdə tutulmuşdu. Həmin dövrdə xüsusilə neft təchizatında ciddi problemlərlə üzləşən Osmanlı dövləti üçün bu saziş olduqca mühüm idi. Türkiyə tərəfi öz növbəsində Azərbaycana texniki avadanlıq və silah göndərirdi.

 

16 sentyabr 1926 – Azərbaycanın tanınmış neftçisi Qaraş Əmirov (1926-1973) anadan olmuşdur. 

 

16 sentyabr 1940 - Xalq artisti, televiziya və kino rejissoru Vasif Babayev anadan olub.

 

16 sentyabr 1989 –  Azərbaycan SSR Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətində "Xüsusi İdarə Komitəsi"nin ləğv olunması ilə bağlı SSRİ Ali Sovetinin Rəyasət Heyəti qarşısında vəsatət qaldırıb. "Xüsusi İdarə Komitəsi" 1989-cu ilin yanvarında Moskva tərəfindən yaradılmışdı və öz fəaliyyəti ilə bölgədə erməni separatçılığının güclənməsinə xidmət edirdi. Noyabrda SSRİ Ali Sovetinin razılığı ilə Dağlıq Qarabağ üzrə yeni qurum - formal olaraq Bakıya, əslində isə yenə Moskvaya tabe olan Respublika Təşkilat Komitəsi yaradıldı.

 

16 sentyabr 1989 – Erməni təxribatçıları Azərbaycana qarşı daha bir terror aktı həyata keçiriblər. Tbilisi-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunun partladılması nəticəsində 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.

 

16 sentyabr 1992 - “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” Prezident fərmanı verilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi