“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.09.2013, 09:44
1696

Azərbaycan tarixi günbəgün: 21 sentyabr

A- A+

21 sentyabr 1993 – Azərbaycan ərazisində 1993-cü ilin 2 aprelindən qüvvədə olan fövqəladə vəziyyət rejimi ləğv olunub...

 

21 sentyabr 1493 – Azərbaycan klassik təsviri sənətinin görkəmli nümayəndəsi Nizaməddin Sultan Məhəmməd (1493-1555) anadan olub. Sultan Məhəmməd əvvəlcə Şah İsmayılın, sonra isə onun oğlu Şah Təhmasibin zamanında Səfəvi sarayının rəssamı olub, dünya şöhrətli Təbriz miniatür məktəbinin əsasını qoyub.

 

21 sentyabr 1959 – Əməkdar еlm xadimi, prоfеssоr Nizami Qulu oğlu Cəfərоv  Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2001-ci ildən Azərbaycan MEA-nın müxbir üzvü, Milli Məclisin deputatıdır. Azərbaycan Atatürk Mərkəzinin direktorudur.

 

21 sentyabr 1991 – Rusiya prezidenti Boris Yeltsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistan-Azərbaycan münaqişəsinin sahmanlanmasına vasitəçilik etmək təşəbbüsü ilə Bakıya gəliblər. Bakıdakı görüşlərdən sonra Dağlıq Qarabağa (Xankəndiyə), oradan isə Yerevana gedən Rusiya və Qazaxıstan rəhbərləri sentyabrın 23-də Jeleznovodskda (Rusiya) Azərbaycan və Ermənistan prezidentlərinin ilk görüşünü təşkil etdilər. Lakin bu görüşdən bir qədər sonra erməni qüvvələrinin Dağlıq Qarabağdakı azərbaycanlı yaşayış məntəqələrinə hücumları başlandı.

 

21 sentyabr 1992 – Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindəki Rusiya (keçmiş SSRİ) Sərhəd Qoşunlarının sonuncu hissələri bölgəni tərk etməyə başlayıblar. Naxçıvandakı 75-ci motoatıcı diviziyanın çıxarılması barədə Rusiya hərbçiləri ilə razılaşma Naxçıvan Ali Məclisinin rəhbəri Heydər Əliyevin səyləri ilə avqustda əldə olunmuşdu.

 

21 sentyabr 1993 – Milli Məclisin qərarı ilə Azərbaycan ərazisində 1993-cü il aprelin 2-dən qüvvədə olan fövqəladə vəziyyət rejimi ləğv olunub. Fövqəladə vəziyyət rejimi Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra (Xalq Cəbhəsi hakimiyyəti dövründə) tətbiq olunmuşdu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi