“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.09.2013, 09:05
1461

Azərbaycan tarixi günbəgün: 6 sentyabr

A- A+

6 sentyabr 1918 – Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilib...

 

6 sentyabr 1916 – İlk azərbaycanlı təyyarəçi, çar Rusiyası ordusunun zabiti Fərrux ağa Qayıbov I Dünya müharibəsində Vilnüs üzərində ilk hava döyüşundə iştirak edib. Lakin azərbaycanlı hərbi təyyarəçinin döyüş yolu qısa olub. Sentyabrın 12-də baş verən döyüşdə Qayıbov almanların iki təyyarəsini vurduqdan həlak olub.  

 

6 sentyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı dövlətinin rəhbərliyi ilə görüşüb. Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadə, «Müsavat» fraksiyasının üzvü X.Xasmmədov və general S.Səfikürdskinin yer aldığı heyət Osmanlı sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilib. Bu, Xalq Cümhuriyyətinin rəsmi heyətinin ilk xarici səfəri idi. Osmanlı hərbi rəhbərliyinin (hərbi nazir Ənvər paşa) də iştirak etdiyi görüşdə Azərbaycan Xalq Cümhuriyyətinə hərbi yardım və Bakının azad olunması məsələsi əsas mövzu olub. Məhz bu görüşdən sonra Bakının azad olunması barədə həlledici hücum barədə qərar verildi.

 

6 sentyabr 1942 – Böyük Vətən müharibəsi gedişində azərbaycanlılardan ibarət 416-cı Taqanroq milli diviziyası təşkil olunub. Diviziya Şimali Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçib. Bundan əlavə, Sovet Ordusu tərkibində azərbaycanlılardan ibarət 402-ci, 223-cü, 77-ci və 271-ci diviziyalar da yaradılmışdı. Ümumilikdə 1941-1945-ci illərdə Azərbaycandan cəbhəyə təxminən 600 min nəfər yola düşmüşdü. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi