Azərbaycan tarixi günbəgün: 15 sentyabr
15 sentyabr 1918 - Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakını "Sentrokaspi diktaturası” və daşnak tör-töküntülərindən azad edib...
15 sentyabr 1918 - Nuru paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) hərbi qüvvələrinin Qafqaz İslam Ordusu Bakını "Sentrokaspi diktaturası” hökumətindən və daşnak tör-töküntülərindən təmizləyib. 1918-ci ilin aprel-iyul aylarında Bakı Şaumyanın başçılıq etdiyi "Bakı Kommunası"nın, avqustun 1-dən isə ingilislərin dəstəyi ilə qurulmuş eser-menşevik-daşnak "Sentrokaspi" hökumətinin nəzarətində idi. Qafqaz İslam Ordusu hissələrinin Bakıya hücumu öncəsi (14 sentyabr) ingilis hərbçilərin son dəstəsi də şəhəri tərk etmişdi. Bakının azad olunması Azərbaycanın istiqlal tarixinin şanlı səhifəsi oldu. Milli hökumət Gəncədən Bakıya köçdü və Bakı Xalq Cümhuriyyətinin paytaxtı elan edildi.
15 sentyabr 1918 – Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti, Cümhuriyyət parlamentinin orqanı olan «Azərbaycan» qəzetinin ilk sayı çapdan çıxıb.
15 sentyabr 1943 - Rejissor, ssenarist Xamis Muradov anadan olub. 2002-2012-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru işləyib.
15 sentyabr 1959 - Müğənni, Xalq artisti Brilliant Dadaşova anadan olub.
15 sentyabr 2004 – Prezident İlham Əliyevin fərmanı ilə (21 avqust 2004) Azərbaycanda bütün təhsil müəssisələrində yeni dərs ilinin sentyabrın 15-dən başlanması qərara alınıb. 15 sentyabr “Bilik günü” elan edilib.
15 sentyabr 2004 – Astanada MDB sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan arasında növbəti görüş olub.
15 sentyabr 2007 - Xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17.6.1926 - 2007) vəfat edib.
15 sentyabr 2008 – Prezident İlham Əliyev “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”n təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: