“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.09.2013, 10:56
1433

Azərbaycan tarixi günbəgün: 26 sentyabr

A- A+

26 sentyabr 1918 – Nura paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu Qarabağda erməni-daşnak qüvvələrinə zərbə endirərək Şuşa şəhərinə daxil olub...

 

26 sentyabr 1918 – Azərbaycanın bütün ərazisində Xalq Cümhuriyyəti hakimiyyətinin bərqərar olunması üçün hərbi əməliyyatları davam etdirən Nura paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu Qarabağda erməni-daşnak qüvvələrinə güclü zərbə endirib. Qafqaz İslam Ordusunun hissələri Şuşa şəhərinə daxil olub. Əhali xilaskar ordunu böyük təntənə ilə qarşılayıb. Lakin tezliklə Osmanlının I Dünya müharibəsindəki məğlubiyyəti səbəbilə türk hərbi kontingenti Azərbaycanı tərk etməli oldu və bu zəfər yürüşü də yarımçıq qaldı.

 

26 sentyabr 1961 - Böyük müğənni, SSRİ-nin Xalq artisti Bülbül (Murtuza Məmmədov, 22.6.1897 - 1961) vəfat edib.

 

26 sentyabr 1991 – Erməni təxribatçıları Qarabağdakı azərbaycanlı əhaliyə qarşı növbəti terror aktı törədiblər. Yevlax-Laçın yolunda minik avtomaşının ermənilər tərəfindən partladılması nəticəsində 2 nəfər həlak olub, 4 nəfər yaralanıb.

 

26 sentyabr 2002 – Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini nəzərə çatdıran ilk qətnamə qəbul olunub. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri İlham Əliyevin təşəbbüsü ilə Ermənistanın Avropa Şurası qarşısındakı öhdəlikləri ilə bağlı qətnaməyə bu ölkənin Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilər haqqında bənd əlavə edilib.

 

26 sentyabr 2008 – Nyu-Yorkda, BMT Baş Assambleyasının 63-cü sessiyası gedişində Azərbaycan, Türkiyə və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əli Babacan və Eduard Nalbandyan arasında görüş keçirilib. Türkiyə XİN başçısının təşəbbüsü gerçəkləşən görüşdə üçtərəfli formatda müzakirələrin davam etdirilməsi qərara alınıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi