“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.12.2020, 11:00
1455

Niderlandlı tələbələr İkinci Qarabağ müharibəsini öyrənirlər

A- A+

Niderlandın Tilburq Universitetinin Jurnalistika fakültəsinin 3-cü kurs tələbələri Azərbaycan–Ermənistan müharibəsi mövzusundan bəhs edəcək layihə çərçivəsində Azərbaycan diasporunun fikirlərini öyrəniblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev bildirib ki, layihənin koordinatoru Niderlandda yaşayan Azərbaycan və Ermənistanın diaspor rəhbərlərinə müraciət edərək İkinci Qarabağ müharibəsi və 10 noyabr razılaşması haqqında ətraflı məlumat almaq istədiklərini bildirib.

Azərbaycan–Türk Mədəniyyət Dərnəyinin binasında tələbələrlə keçirilən görüş zamanı müsahibə verən Emil Əliyev münaqişənin tarixi barədə danışıb, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun Azərbaycanın əzəli torpaqları olduğunu, İkinci Qarabağ savaşı zamanı ölkəmizin öz torpaqlarını azad etdiyini diqqətə çatdırıb.

Müsahibə zamanı xəritədə Azərbaycanın işğaldan azad edilən əraziləri göstərilib, Qarabağ bölgəsində təhlükəsizliyin, infrastrukturun, kommunikasiyanın bərpası ilə bağlı müxtəlif layihələrin həyata keçiriləcəyi qeyd olunub.

Layihənin Tilburq Universitetinin müəllim-tələbə heyətinə təqdim olunması nəzərdə tutulur.

 

Xəbərlər
Redaktorun seçimi