“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.10.2020, 10:00
520

Biz ruslar vətənimiz Azərbaycanı sevirik, haqq işində onunlayıq

A- A+

"Azərbaycan işğal olunmuş torpaqlarının azad edilməsi uğurunda mübarizəyə qalxıb..."


 

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda sentyabrın 27-də Ermənistan ordusunun növbəti təxribatına qarşı apardığı uğurlu əks-hücum əməliyyatı, qısa vaxtda xeyli ərazinin - rayon, qəsəbə və kəndlərin işğaldan azad edilməsi hər birimizi ürəkdən sevindirir. Ordumuzun mətinliyi, igid əsgərlərimizin vətənpərvərliyi ilə fəxr edirik. Lakin təəssüflər olsun ki, işğalçı Ermənistan ordusu beynəlxalq normaları, beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq mülki əhalimizi, yaşayış məntəqələrimizi müxtəlif növ, o cümlədən qadağan olunan silahlardan atəşə tutur, hətta cəbhədən uzaq yaşayış məntəqələrini dağıdır, dinc insanları qətlə yetirir. Biz, Şamaxı rayonunda yaşayan molokanlar erməni ordusunun törətdiyi, insanlığa yaraşmayan bu əməllərini qətiyyətlə pisləyirik.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Şamaxı rayonunda yaşayan molokan Ukleina Yekaterina Vasilyevna söyləyib. Azərbaycan xalqını bu haqq işində hər zaman dəstəklədiklərini vurğulayan Ukleina Yekaterina Vasilyevna deyib: “Mən rusam, Azərbaycanda, Şamaxıda yaşayıram. Biz ruslar vətənimiz Azərbaycanı sevirik, haqq işində onunlayıq. Biz burada problemsiz, mehriban dostluq şəraitində yaşayırıq. Azərbaycanlılara təşəkkür edirik ki, bizə çox hörmətlə yanaşırlar, onlardan pislik görməmişik. Ermənistan isə həmişə öz qonşularına qarşı ərazi iddialarında olub. Erməni işğalçıları 30 ildir ki, Azərbaycan ərazisinin 20 faizini, Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal altında saxlayırlar. Azərbaycan işğal olunmuş torpaqlarının azad edilməsi uğurunda mübarizəyə qalxıb. Azərbaycan vətəndaşı olaraq, biz də bu mübarizədə daim onların yanındayıq. İnanırıq ki, işğal altında olan torpaqlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tezliklə azad olunacaq, ölkəmizin ərazi bütövlüyü tam təmin ediləcək.

Xəbərlər
Redaktorun seçimi