“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.11.2020, 12:00
18

Monteneqroda azərbaycanlıların zəfər yürüşü

A- A+

Monteneqronun paytaxtı Podqoritsa şəhərində və Herseq Novidə Azərbaycanın Qarabağda qazandığı böyük qələbə münasibətilə yürüş və avtoyürüş təşkil olunub. Yürüşdə Monteneqroda yaşayan Azərbaycan diasporunun nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyinin əməkdaşları, Azərbaycan–Monteneqro İqtisadi və Mədəni əlaqələr Mərkəzinin üzvləri iştirak edib.

Yürüş iştirakçıları bu tarixi gün münasibətilə Azərbaycan xalqının görkəmli ədibi Hüseyn Cavidin Podqoritsa şəhərindəki büstünü də ziyarət ediblər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan - Monteneqro İqtisadi və Mədəni əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə yürüş iştirakçılarını tarixi qələbə münasibətilə təbrik edib, bu qələbənin Ali Baş Komandan İlham Əliyevin iradəsi, diplomatik məharəti və müdrikliyi, rəşadətli Azərbaycan ordusunun cəsarəti və igidliyi nəticəsində əldə olunduğunu bildirib.

Yürüş iştirakçılar bu xoşbəxt günləri xalqımıza yaşadan Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza təşəkkürlərini ifadə ediblər.

Xəbərlər
Redaktorun seçimi