“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.05.2011, 17:21
341

Rəsmi Bakı Avropa Parlamentinin qətnaməsini qərəzli sayır

A- A+

Əli Həsənov: “Qətnamə Azərbaycandakı mövcud reallığı əks etdirmir”

Avropa Parlamenti Az

namə qəbul edib. Mayın 12-də Strasburqda qəbul edilən sənəddə Avropa Parlamenti Azərbaycanda müxalifətin etiraz aksiyalarının dağıdılmasını pisləyib, vətəndaş cəmiyyətinin, sosial şəbəkələrin fəallarına və jurnalistlərə qarşı təzyiqlərdən dərin narahatlıq keçirdiyini bildirib. Sənəddə mart və aprel aylarında müxalifətin etiraz aksiyaları zamanı 200-dən çox fəalının saxlanması tənqid olunub. Tanınmış müxalifət nümayəndələrinin və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına baxmayaraq jurnalistin (Eynulla Fətullayev) hələ də həbsdə saxlandığına diqqət yönəldilib və Azərbaycan hakimiyyətinə onların dərhal azadlığa buraxılması üçün çağırış edilib.

Qətnamədə xüsusilə gənc fəallar Cabbar Savalanlı və Bəxtiyar Hacıyevin hökumət əleyhinə etirazlara çağırdıqlarına görə narkotik və ordudan yayınma ittihamıyla həbs olunduğu bildirilir və bu qınanır, ölkədə insan haqları sahəsində vəziyyətin pisləşdiyi vurğulanır. Bundan başqa, Azərbaycan hakimiyyətinin jurnalistlər və siyasi fəallara qarşı hədə-qorxu və təqibləri artırdığı deyilir.

Avropa Parlamenti Azərbaycan hakimiyyətinin qanunsuz ittihamlardan imtina etməsini və ölkədə jurnalistlərin müdafiəsinə təminat verilməsini istəyib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Azadinform” agentliyinə açıqlamasında bu qətnaməyə münasibət bildirib. O, demokratiya və insan hüquqları məsələsinin Azərbaycan dövlətinin konstitusiya normaları olduğunu və ona əməl olunması sahəsindəki vəziyyəti də yetərincə qənaətbəxş saydığını vurğulayıb:

“Bu yolu Azərbaycan özü seçib və Avropa strukturları ilə də mövcud sahədə əməkdaşlıq və tərəfdaşlıq xətti götürüb. Bizi təəccübləndirən odur ki, Avropa strukturları nədənsə Cənub Qafqaz bölgəsində və bütövlükdə postsovet məkanında baş verən hadisələrə fərqli standartlar çərçivəsində yanaşır, müxtəlif ölkələrdə baş verən eyni hadisələrə tamamilə bir-birinə əks olan qiymət verirlər. Əlbəttə, mən adını çəkmək istəmirəm, həmin qətnamənin qəbul olunmasında iştirak edən deputatların özləri belə, bu subyektiv yanaşmanı və “norma”nı dəfələrlə etiraf ediblər.

Məsələn, Azərbaycanda keçirilən prezident seçkilərində bizim üçün əsas amil seçicilərin etimadını qazanmaq, əhalinin seçib-seçilmək hüququnu təmin etmək və qalib gələn namizədi şəffaf şəkildə elan etməkdən ibarətdir. Bu normanı biz demokratik Avropadan götürmüşük. Lakin qətnamədə bu prinsiplər bir kənara atılaraq, hansısa subyektiv ambisiyası olan daxili və yaxud xarici şəxsin, yaxud qrupun seçkiyə münasibəti əsas qiymət meyarı kimi dəyərləndirir. Əlbəttə, bu yolverilməzdir”.

Əli Həsənov Azərbaycanda söz və mətbuat azadlığının ürəkaçan olmadığı ilə bağlı fikrə diqqət yönəldib: “İki gün bundan əvvəl, ATƏT-in mətbuat üzrə komissarı ilə birlikdə biz Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətini müzakirə etmişik və gəldiyimiz ümumi qənaət odur ki, bu sahədə vəziyyət  qənaətbəxşdir və hakimiyyətin atdığı addımlar da vəziyyətin yaxşılaşmasına xidmət edir. Qətnamədə əksini tapmış insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, yaxud siyasi fikrinə görə hansısa gənclərin təqiblərə məruz qalması isə heç bir əsası olmayan subyektiv mülahizələrdir.

Azərbaycanda mövcud qanunvericiliyə əsasən, insan və vətəndaş hüquqlarının həyata keçirilməsi realdır və buna əməl edilir. Amma kimlərsə qanunun üzərində öz ambisiyasını təmin etmək istəyir, yerli icra strukturlarının və yaxud qanun keşikçilərinin tələblərini tamamilə inkar edirsə, o zaman onlara qarşı tədbirlər görmənin də alternativi yoxdur. Yaxud kimsə əgər öz dövlətinin milli ordusunda xidmət etməkdən boyun qaçırırsa və bunun heç bir qanuni əsası yoxdursa, Azərbaycanda hüquqi dövlət prinsiplərinə uyğun olaraq, ona qarşı yalnız qanuni tədbirlər görülməlidir”.

Prezident Administrasiyasının şöbə müdiri Avropa Parlamentində bunun fərqli alternativinin olduğu halda Azərbaycanın müzakirəyə hazır olduğunu bildirib: “Bir sözlə, birmənalı şəkildə bəyan edirəm ki, bu qətnamə Azərbaycandakı mövcud reallığı əks etdirmir, subyektiv mülahizələrə söykənir və Azərbaycan-Avropa Parlamenti əməkdaşlığının ruhuna ziddir”.

Xəbərlər
Redaktorun seçimi