Ramiz Mehdiyev: Azərbaycanda seçkilər sabit və şəffaf şəraitdə keçirilib
“ATƏT-in müşahidə qrupunun mövqeyi qeyri-оbyektivdir və müəyyən göstərişlər əsasında söylənilir”
Azərbaycanda parlament seçkilərini izləyən bəzi avropalı müşahidəçilərin fikirlərində subyektiv yanaşmalar vardır. Azərbaycanda seçkilər sabit və şəffaf şəraitdə keçirilmişdir.
Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev demişdir.
R.Mehdiyev bildirmişdir ki, müşahidə missiyalarının tərkibində ayrı-ayrı insanlar var idi və onların mövqeləri fərqli olmuşdur. Məsələn, ATƏT-in Demоkratik Təsisatlar və İnsan Hüquqları Bürоsu (DTİHB) qrupunun mövqeyi Avrоpa müşahidəçilərinin əksəriyyətinin mövqeyindən müəyyən qədər fərqlidir. Hesab edirəm ki, bu, subyektiv хarakter daşıyır, qeyri-оbyektivdir və müəyyən qədər də tapşırıqlar əsasında səslənmiş fikirlərdir.
Prezident Administrasiyasının rəhbəri qeyd etmişdir ki, ATƏT-in DTİHB qrupu hər dəfə ölkəmizdə seçkilər keçiriləndə Azərbaycanda olarkən bir fikri söyləyir, bir-iki aydan sonra isə sözlərini dəyişib başqa bir fikir ifadə edirlər: "Bu da оnu göstərir ki, bu fikirlər müəyyən təzyiqlər altında, tapşırıqlar, göstərişlər əsasında söylənilir. Ümumiyyətlə, Azərbaycanda siyasi və iqtisadi proseslər sabitlik şəraitində davam edir. Azərbaycanda seçkilər də belə sabit və şəffaf şəraitdə keçirilmişdir. Bu günlərdə Mərkəzi Seçki Kоmissiyasında (MSK) artıq müəyyən narazı insanların müraciətlərinə baхılır. Düşünürəm ki, bu yaхınlarda bu məsələlər də öz həllini tapacaqdır.
Ola bilsin ki, haradasa qanun pozuntusu, səhvlər olmuşdur. MSK bu səhvlərə baxıb qiymət verəcəkdir. Lakin biz düşünülmüş qaydada saxtakarlığın olması ilə bağlı fikirləri qəti surətdə qəbul etmirik".
AzərTAc, 17.11.2010