“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.09.2012, 15:48
462

Ramil Səfərovun Azərbaycana verilməsində qanunsuz heç nə yoxdur

A- A+

Rövşən Rzayev: “Avropa Parlamenti sədrinin Azərbaycana iradı əsassızdır”

Avropa Parlamentinin sədri Martin Şults Macarıstandan Azərbaycana verilən Ramil Səfərovun əfv edilməsi ilə bağlı məsələni şərh edib. M. Şults Azərbaycanı məhkum olummuş şəxslərin təhvil verilməsi haqqında Avropa Konvensiyasından sui-istifadədə ittiham edib.
 
"Mən siyasi məqsədlər üçün Azərbaycan prezidenti tərəfindən Səfərovu əfv etməsindən narahatam. Eyni zamanda Azərbaycan və Ermənistan tərəflərini vəziyyəti kəskinləşdirə biləcək hərəkətlərdən çəkinməyə dəvət edirəm”, – deyə M. Şults qeyd edib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Modern.az-a açıqlamasında qeyd edib ki, yaxşı olardı ki, Avropa parlamentarları Cənubi Qafqazda olan bütün problemlərə beynəlxalq hüquq-çərçivəsində öz mövqelərini də bildirsinlər. Deputatın sözlərinə görə, bu gələcəkdə Qafqazdakı gərginliyi aradan qaldırmaq üçün vacib amil olardı.

“Çox sag olsunlar ki, Azərbaycanla bağlı belə diqqətlə yanaşırlar. O ki qaldı Ramil Səfərovun verilməsi ilə bağlı Avropa Konvensiyadan sui-istifadə edilməsinə, elə bir hal baş verməyib. Tutulmuş şəxslərin təhvil verilməsi ilə bağlı Konvensiyaya Azərbaycan qoşulub. Konvensiya əsasında Ramil Səfərov Azərbaycana təhvil verilib, Azərbaycanda Ramil Səfərovu Pentiensiar Xidmət qəbul edib və Azərbaycan qanunlarına və Konstitusiyasına əsaslanaraq ölkə Prezidenti öz səlahiyyətindən istifadə edərək onu əfv edib. Bu da onun tam hüququdur. Həmin hüquq da Prezidentə xalq tərəfindən verilən hüquqdur. Ona görə burada qeyri-qanunu heç bir şey yoxdur. Azərbaycan suveren və müstəqil dövlətdir. Yaxşı olardı ki, bu cür iddialar irəli sürən insanlar öz fikirlərini qanuna müvafiq şəkildə səsləndirərdilər”, – deyə deputat R.Rzayev vurğulayıb.

* * *

Ramil Səfərovun azadlığa buraxılması Azərbaycanın suveren işidir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Rusiyanın “Exo Moskvı” radiosuna açıqlamasında da Ramil Səfərovla bağlı məsələyə münasibət bildirib.

 “Ramil Səfərovun azadlığa buraxılması isə Azərbaycanın suveren işidir”, - deyə deputat vurğulayıb. Millət vəkili nəzərə çatdırıb ki, Macarsıtan məhkum olunmuş şəxslərin verilməsi haqqında Avropa Konvensiyaya əsasında Ramil Səfərovu Azərbaycana təhvil verib.

►Bax: http://echo.msk.ru/news/926367-echo.html

* * *

Mövzuya dair:

Terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan özünü ifşa edir

Rövşən Rzayev: “Erməni deputatın açıqlaması sadəcə təhdid deyil”

Ermənistan parlamentinin üzvü, AŞPA-dakı erməni nümayəndə heyətinin rəhbəri, Milli Birlik Vəhdət Partiyasının sədri Artaşeş Geqamyan erməni mətbuatında və “Regnum” informasiya agentliyinə yayılan məqaləsində Azərbaycan tərəfini terrorla hədələyib. Erməni siyasətçisi Ramil Səfərovun Macarıstandan Azərbaycana verilməsinə etiraz olaraq zabitimizin və siyasətçilərimizin ünvanına təhdidlər səsləndirib.

Qondarma "1915-ci il soyqırımı"nı xatırladan A.Geqamyan bildirib ki, erməni xalqının milli-azadlıq mübarizəsi, o cümlədən “erməni soyqırımı”nın günahkarlarının aradan məhvi ilə bağlı həyata keçirilmiş “Nemezis” əməliyyatının (“Daşnaksütyun”un qisas əməliyyatı – red.) qəhrəmanlıq nümunələri var. Deputat vaxtilə bu “əməliyyat” nəticəsində Türkiyənin hərbi və dövlət xadimlərinin (Ənvər paşa, Camal paşa, Camal Əzmi və s.) qətlə yetirilməsi, habelə 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərindən Fətəli xan Xoyskinin (baş nazir) Tiflisdə, Behbud xan Cavanşirin (daxili işlər naziri) İstanbulda erməni terrorçular tərəfindən öldürülməsini “qəhrəmanlıq” səhifələri adlandırıb.

“Bunlar formasına görə terror aktı, məzmununa görə isə erməni xalqının intiqamı idi. Qatili qəhrəmanlaşdıran abşeronlu siyasətçilər və onların arxasında dayananlar bu tarixi faktlardan dərs çıxarsalar yaxşıdır”, – deyə erməni deputat hədə vurğulayıb.

Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü, deputat Rövşən Rzayev Modern.az-a açıqlamasında deyib ki, erməni deputatın çıxışı Ermənistanın həqiqətən də terror təşkilatları olduğunu sübut edir. R.Rzayevin sözlərinə görə, bunu rəsmi şəxslərin deməsi onu göstərir ki, Ermənistanda terroru dövlət səviyyəsində dəstəkləyirlər.

“Bu onların siyasətidir. Burada qeyri-adi bir hal yoxdur. Tarixən bu belə olub, indi də ola bilər. Bu gün Ramil Səfərovun Azərbaycana çox uğurlu qayıdışı hörmətli cənab prezidentin səyləri nəticəsində, ekstradisiya haqqında qanuna görə, tam qanuni şəkildə həyata keçirilib. Penitensiar sistem onu qəbul edib və Azərbaycanın Konstitusiyasının əsaslarına görə, ölkə prezidenti müstəsna imkanlara malik olduğu üçün, öz qanuni çərçivəsində əfv sərəncamı verib. Qeyri-qanuni, beynəlxalq hüquqdan kənar, ekstradisiya qanununa düzgün olmayan heç bir amil burada yoxdur. Qanuna müvafiq olaraq, Azərbaycan hərəkət edib və təbii ki, bu, Ermənistanda narazılığa səbəb olub. Terror siyasətini dövlət səviyyəsində dəstəkləyən Ermənistan özünü dünyada ifşa etməyə bir daha başlayıb. Bu sözləri deyirlərsə, yəqin ki, bunun arxasında nə isə var”.

Xəbərlər
Redaktorun seçimi