“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.09.2012, 15:39
471

“Biz bir addım da yavaşlaya bilmərik”

A- A+

“Azərbaycan indi o qədər inkişaf edib ki, başqa ölkələrdə buna qısqanclıqla yanaşırlar”

“Əgər Ermənistanın rəhbərliyində reallığı dərk edən adamlar hələ qalıbsa, anlamalıdırlar ki, Azərbaycan ilə qısamüddətli və uzunmüddətli rəqabətdə onları yalnız məğlubiyyət gözləyir”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Bakıda ölkənin diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsindəki nitqində demişdir.

Müşavirə Azərbaycan Diplomatik Akademiyasının yeni inşa olunmuş tədris kompleksində keçirilib. Prezidentin çıxışından bır sıra məqamları təqdim edirik.

- Biz xarici siyasətimizə mütəmadi qaydada müəyyən düzəlişlər etməliyik. Nəzərə almalıyıq ki, strateji xəttimiz dəyişməz olaraq qalır. Azərbaycanın xarici siyasətinin istiqamətlərini ulu öndər Heydər Əliyev müəyyən etmişdir. Bu gün bu sahədə və bütün başqa sahələrdə strateji xətt icra edilir.

Xarici siyasətlə bağlı ölkə qarşısında duran əsas vəzifə, əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu, bizim nəinki xarici siyasətdə, ümumiyyətlə, ölkə qarşısında duran əsas məsələdir. Bildiyiniz kimi, məsələ uzun illərdir öz həllini tapmır, ədalət, beynəlxalq hüquq normaları pozulur və bu ədalətsizlik davam edir. Azərbaycan bu məsələnin həlli üçün bütün imkanlardan istifadə edir və etməlidir. Diplomatik səylər gücləndirilməlidir və gücləndirilir. Digər amillər də bu məsələnin həlli üçün öz rolunu oynamalıdır və bu istiqamətdə önəmli addımlar atılır. Əgər müstəqillik dövrünə nəzər salsaq görərik ki, bu 20 il ərzində Ermənistanla Azərbaycan arasındakı fərq, yəni uçurum daha da böyük olub. Növbəti illərdə bu fərq yalnız və yalnız böyüyəcək və Azərbaycanın üstünlükləri daha da görünəcək...

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dağlıq Qarabağın ərazisində yerləşən bütün yaşayış məntəqələrinin toponimləri Azərbaycan mənşəlidir. Nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Yəni xalqımız əsrlər boyu bu torpaqda yaşayıb-yaradıb və bundan sonra da bu torpaqda yaşamalıdır. Biz bunu təmin edəcəyik.

Məsələnin digər tərəfləri də münaqişənin həlli üçün böyük əhəmiyyət kəsb edir. Xüsusilə iqtisadi məsələlər. Bu gün Ermənistanla Azərbaycan arasında fərq kifayət qədər böyükdür. Bizim iqtisadiyyat müqayisəedilməz dərəcədə irəliyə gedibr. Təkcə hərbi xərclərimiz Ermənistanın bütün büdcəsindən iki dəfə çoxdur. Bizim iqtisadi imkanlarımız genişlənir. İqtisadi tərəfdaşlarımızın sayı artmaqdadır, ixrac potensialımız artır. İqtisadiyyat artıq çoxşaxəli iqtisadiyyatdır və bu ilin altı ayının yekunları, - doqquz ayın yekunları bu yaxınlarda bəlli olacaq, - göstərir ki, qeyri-neft sektorunda artım on faizdən çoxdur.

Yəni, biz istədiyimizə nail ola bilmişik. Enerji resurslarımızdan səmərəli şəkildə istifadə etməklə iqtisadiyyatımızı şaxələndirmişik və bu gün qeyri-neft iqtisadiyyatı uğurla inkişaf edir. Ermənistan isə iqtisadi cəhətdən çıxılmaz vəziyyətdədir. Xarici yardımlar, kreditlər, diasporun ianələri olmasa Ermənistan iqtisadiyyatı tamamilə çökəcəkdir. Bu ölkənin daxili resursları tükənir. İqtisadiyyat çökür. Sənaye iflic vəziyyətindədir. Demoqrafik vəziyyət acınacaqlıdır. Ölkədən hər il yüz minə qədər əhali köç edir və bu proses davam edir. Bu prosesin qarşısını almaq artıq mümkün deyildir, o vaxta qədər ki, Ermənistan öz qonşularına qarşı torpaq iddiasında olmağa davam edəcəkdir.
Biz isə uğurla inkişaf edirik. Azərbaycanın dünyadakı nüfuzu artır. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz tarixi qələbəmizdir, nəinki diplomatiyada, ümumiyyətlə, deyə bilərəm ki, tarixdə ən böyük siyasi və diplomatik qələbədir. Müstəqilliyin iyirmi illiyinə təsadüf edən bu qələbə ölkəmizin uğurlu inkişafını göstərir. Eyni zamanda, onu göstərir ki, biz erməni lobbisi tərəfindən Azərbaycan haqqında yanlış rəy formalaşmasında ermənilərə böyük zərbə vura bilmişik. Yəni, biz o rəyi dəyişdirə bilmişik və bu gün 155 ölkə Azərbaycanı dəstəkləyir. Biz Təhlükəsizlik Şurasına üzv seçilən zaman mən demişəm ki, ədaləti, beynəlxalq hüququ müdafiə edəcəyik və ilk günlərdən bu prinsiplərə sadiqik. Bu gün mənim həmkarlarımla keçirilən görüşlərdə daim bu mövzu haqqında fikir mübadiləsi aparılır. Azərbaycanın ədalətli, cəsarətli mövqeyi daim vurğulanır.
Təhlükəsizlik Şurasında olmağımız bizə imkan verəcəkdir ki, dünyada özümüz haqqında daha da dolğun məlumat verək, özümüzü gənc, dinamik, müasir, inkişafda olan ölkə kimi təqdim edək. Əlbəttə, Ermənistan bu qələbələr qarşısında acizdir, əslində öz məğlubiyyətini etiraf edir. Çünki diplomatlar yaxşı bilirlər ki, Ermənistan da Təhlükəsizlik Şurasına üzv olmaq üçün müraciət etmişdi. Ancaq ondan sonra götür-qoy etdi və anladı ki, onları çox acı və biabırçı məğlubiyyət gözləyir. Çünki Azərbaycan, əlbəttə ki, daha da böyük mövqelərə malikdir. Ermənistan sakitcə bu yarışdan çəkild

Ermənistan isə iqtisadi cəhətdən çıxılmaz vəziyyətdədir. Xarici yardımlar, kreditlər, diasporun ianələri olmasa, Ermənistan iqtisadiyyatı tamamilə çökəcək. Bu yaxınlarda onların hətta rəsmi statistik məlumatlarına görə, Ermənistanın ixrac nomenklaturası bəlli oldu və orada çox gülməli ixrac məhsulları üzə çıxdı. Yəni qurbağalar, - bəlkə bu auditoriyada bu barədə danışmaq yersiz olar, - amma bu, reallıqdır. Yəni bu ölkənin daxili resursları tükənir. İqtisadiyyat çökür. Sənaye iflic vəziyyətindədir. Demoqrafik vəziyyət acınacaqlıdır. Ölkədən hər il yüz minə qədər əhali köç edir və bu proses davam edir. Bu prosesin qarşısını almaq artıq mümkün deyil, o vaxta qədər ki, Ermənistan öz qonşularına qarşı torpaq iddiasında olmağa davam edəcək...

Regionda baş verən bəzi son hadisələr onu göstərir ki, bizim maraqlarımızı nəzərə almadan bölgədə siyasi təşəbbüslər icra edilə bilməz. Biz ən böyük sınaqlardan üzüağ çıxmışıq. Hətta bizim mövqeyimizi, necə deyərlər, bölüşməyən və əks mövqedə olan böyük qüvvələr vahid bir mövqe nümayiş etdirərkən Azərbaycanın mövqeyi imkan vermədi ki, bölgədə bizim maraqlarımıza zidd olan hər hansı bir hadisə baş versin. Yəni biz təkbaşına mübarizəyə nəinki hazırıq, bu mübarizəni aparırıq, özümüzü dünyada təsdiq edirik, gələcəyimizi özümüz müəyyən edirik. Ermənistan isə, aydın məsələdir ki, xarici yardım olmadan ümumiyyətlə heç bir gələcəyi olmayan ölkədir. Regionda gedən proseslər o vəziyyətə gətirib çıxara bilər ki, Ermənistan seçim qarşısında o qədər də böyük seçimə malik olmayacaq. Ona görə onların xeyrinədir ki, əsassız iddialardan əl çəksinlər, özlərinə məxsus olmayan torpaqlardan çıxsınlar. O zaman bölgədə sülh, əməkdaşlıq yaranar. O zaman Ermənistan da regional məsələlərə qoşula bilər.

Biz bölgədə söz sahibiyik və bundan sonra mövqeyimiz daha da möhkəm olacaq. Biz heç vaxt imkan verə bilmərik ki, Ermənistan hər hansı bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsinə qoşulsun. Biz onları təcrid etmişik, bunu gizlətmirik. Gələcəkdə təcridetmə siyasətimiz davam etdirilməlidir. Bu, öz bəhrəsini verir. Əgər məsələni sülh yolu ilə həll etmək üçün bizə daim mesajlar göndərən tərəfdaşlar doğrudan da istəyirlər ki, bölgədə sülh olsun, Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Çünki əks təqdirdə məsələnin başqa yolla həll edilməsi istisna deyil. Biz bunu heç vaxt istisna etməmişik. Beynəlxalq hüquq bu haqqı bizə verir. Sadəcə olaraq Azərbaycanın sülhsevər siyasəti, bölgədə gedən proseslərə artan məsuliyyəti və Azərbaycanın bölgədə artıq sabitləşdirici amil kimi çıxış etməsi bizi bu radikal addımlardan hələ ki, çəkindirir. Ona görə məsələnin tezliklə həlli hər tərəfin marağında olmalıdır.

Biz istəyirik ki, məsələ həll olunsun. İstəyirik ki, bölgədə sülh olsun. Bunu vasitəçilər də istəyir. Ancaq bununla bərabər, biz torpaqlarımızı geri istəyirik. Fərq bundan ibarətdir. Nəyin bahasına olursa-olsun, sülh olsun yanaşmasını biz qəbul etmirik. Yəni məsələnin dondurulması mümkün deyil. Ermənistan, təbii, istəyir ki, məsələ dondurulsun, status-kvo pozulmasın, danışıqlar aparılsın, amma, necə deyərlər, heç bir nəticə əldə edilməsin. Danışıqlar prosesində bir neçə dəfə hesab edirdik ki, biz artıq razılaşmaya yaxınıq. Ermənistanın riyakar mövqeyi, yalançı vədləri imkan vermədi ki, biz razılaşmaya nail olaq. Ermənistan çalışır ki, məsələni dondursun, nə qədər mümkünsə məsələni uzatsın.

Həmsədr ölkələrin prezidentlərinin bəyanatları bizi, əlbəttə, ruhlandırır ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Ancaq bu bəyanatlardan sonra biz konkret addımlar gözləyirdik. Biz gözləyirdik ki, işğalçıya çox ciddi siqnallar veriləcək ki, daha bəsdir, bu torpaqdan çıxmasan, Azərbaycan məsələni başqa yolla həll edəcək. Ona görə daim məsələnin sülh yolu ilə həll edilməsi prioriteti səslənəndə bu, Ermənistana yanlış mesaj göndərir ki, siz narahat olmayın, sülh yolu ilə həll olunacaq. Buna görə bu məsələni uzada bilərsiniz. Bu, yanlış yanaşmadır. Mən dəfələrlə bizim tərəfdaşlara bu barədə fikirlərimizi demişəm. Biz də sülh istəyirik, amma ilk növbədə vətəndaşlarımız işğal edilmiş torpaqlara qayıtmalıdırlar...

Azərbaycanın diaspor təşkilatlarının sayı artır, onların fəaliyyətinin keyfiyyəti yüksəlir. Dünyada vaxtaşırı keçirilən nümayişlər, etiraz piketləri, tədbirlər, konfranslar göstərir ki, biz doğrudan da güclü diaspor təşkilatları yarada bilmişik və səfirliklər də diaspor təşkilatları ilə sıx əlaqədə olmalıdırlar. Əksər hallarda bu belədir, istərdim ki, hər bir yerdə belə olsun. Çünki bu, bizim gücümüzü daha da artırır, xaricdə yaşayan azərbaycanlıları öz Vətəninə daha da bağlayır. Bir tərəfdən biz xaricdə yaşayan azərbaycanlılara daha da böyük dəstək göstəririk. Onlar da bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti vardır. Bizim üçün diaspor təşkilatlarının fəaliyyəti, xüsusilə Ermənistan-Azərbaycan məsələsi ilə bağlı çox önəmlidir. Bu istiqamət daim diqqət mərkəzində olmalıdır...

Azərbaycan güclənib. Azərbaycan o ölkəyə çevrilib ki, bizə təzyiq etmək, bizi şantaj etmək mümkün deyil. Qara yaxmaq, böhtan yaymaq olar, ancaq bunlar bizə yapışmır. Çünki reallıq, həqiqət tam başqadır. Reallıq ondan ibarətdir ki, Azərbaycan müstəqil, müasir, dünyəvi, dinamik inkişaf edən sosial dövlətdir. Götürün, bütün bizim iqtisadi göstəricilərimizi. Sadəcə olaraq, onların bir səhifəsi deməyə kifayətdir ki, biz sosial sahədə nəyə nail olmuşuq. Pensiyalar əmək haqlarının 40 faizini təşkil edir. Bu, Avropa İttifaqının kriteriyalarıdır. Biz buna nail olmuşuq. Bir çox təhlilçi bunu bəlkə də bilmir. Davos İqtisadi Forumunun hesablamalarında ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycan 46-cı yerdədir, MDB məkanında birincidir. Ondan sonra “Doing Business” proqramında qabaqcıl yerlərdəyik. Böhran zamanı bütün Avropa ölkələrinin iqtisadiyyatlarının kredit reytinqləri aşağı salınır, bizim kredit reytinqimiz isə artır...

Biz gənc müstəqil ölkəyik. Bəzi ölkələrdə hesab edirlər ki, Azərbaycan 20 ildir dünya xəritəsində özünə yer tapıb. Bu, doğrudan da dünyanın siyasi xəritəsində belədir. Ancaq dünya xəritəsində biz əsrlər boyu varıq. Bizim qədim mədəniyyətimiz, tariximiz, incəsənətimiz milli sərvətimizdir. Biz, bu sərvəti təbliğ etməliyik, dünyaya təqdim etməliyik. Səfirliklərin işi burada çox əhəmiyyətlidir. İndi səfirliklərdə mədəniyyət xidmətlərinin yaradılması işi başlayıb. Bu da çox uğurlu təşəbbüsdür.

Bu gün Azərbaycanda iqtisadi, siyasi sahələrdə, xarici siyasətlə bağlı elə vəziyyət yaranıb ki, bəzi hallarda mənə deyirlər, bəlkə bir az yavaşlayaq. Bəlkə bu qədər sürətlə getməyək. Çünki bu, Bakının, digər şəhərlərimizin gözəlliyi bəzilərini qıcıqlandırır. Çünki biz çox sürətlə qabağa gedirik. Bəlkə də burada məntiq var, qıcıqlandırmamaq. Ancaq mən özümdə fikirləşirəm, görün vəziyyət nəyə gətirib çıxarıb ki, Azərbaycan indi o qədər inkişaf edib ki, bizə deyirlər bir az yavaşlayın, çünki siz çox sürətlə gedəndə başqa ölkələrdə buna qısqanclıqla yanaşırlar.

Amma mən tam əminəm ki, biz bir addım da yavaşlaya bilmərik. Biz irəliyə getməliyik. Çünki həllini gözləyən məsələlər çoxdur. Dünya dinamik şəkildə inkişaf edir və hətta bir ay, bir həftə də gözləmək olmaz. Biz xarici siyasətdə, iqtisadi sahədə, texnologiyalar sahəsində hadisələri qabaqlamalıyıq. Bax, bu gözəl Diplomatik Akademiyanın üstünlüklərindən biri də odur ki, burada ən müasir texnologiyalar tətbiq olunur. Gənclərimiz bu texnologiyalar əsasında təhsil alacaqlar. Yəni yeni texnologiyalar, kosmik sənayenin inkişafı. Bəzilərinə təəccüblü gəlib ki, Azərbaycan kimi ölkədə kosmik sənaye necə ola bilər? Niyə də olmasın?! Bizim istedadlı kadrlarımız, maliyyə resurslarımız və gələcəyə baxışımız var. Ona görə biz bir addım da yavaşlamayacağıq. Biz irəliyə gedəcəyik, istədiyimizə nail olacağıq. Əminəm ki, suverenliyimizi bərpa edəcəyik və bir gün gələcək Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaq.

AzərTAc

Xəbərlər
Redaktorun seçimi