“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.11.2012, 15:27
451

Rusiyadan Ermənistana yol görünür

A- A+

Gürcüstan Abxaziyadan keçən Moskva-Tiflis dəmiryolu xəttini bərpa etmək istəyir...

Noyabrın 7-də Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili “RİA Novosti”nin Tiflisdəki ofisində 20 il bundan əvvəl bağlanan Gürcüstan-Rusiya dəmiryol xəttinin bərpa edilməsi ilə bağlı mətbuat konfransı keçirib.  

Mətbuat konfransında Moskva-Tiflis-İrəvan dəmiryolu xəttinin Suxumidən keçən və indi sökülmüş vəziyyətdə olan hissəsinin bərpa olunacağı barədə danışılıb.

Nazir APA-nın Gürcüstan müxbirinin “Moskva-Tiflis-İrəvan dəmiryolu xətti ilə Rusiya tərəfinin Ermənistandakı Gümrü hərbi bazasına hərbi təyinatlı yüklər daşınarsa, bu, Gürcüstan və Azərbaycanın müstəqilliyinə təhlükə olacaqmı” sualını belə cavablandırıb: “Biz hələ Rusiya ilə danışıqlara başlamamışıq. Bu məsələ ümumiyyətlə heç yerdə və heç bir səviyyədə müzakirə olunmur. Bu, gələcəkdə müzakirə mövzusu ola bilər”.

“Suxumi dəmiryolu bərpa olunarsa, onun status kimə aid olacaq? Gürcüstanın bu məsələdə marağı nədir” sualına cavabında P. Zakareişvili bunları deyib: “Biz hələ o detalları müzakirə etməmişik. Bu mənim rəhbərlik etdiyim nazirliyə məsələ deyil. Status məsələsi də gündəliyə daxil edilməyib. Lakin ola bilər ki, bu məsələlər barədə Rusiya-Gürcüstan danışıqlarında toxuna bilərik. O da ola bilər ki, bu məsələlər barədə heç danışıq aparılmayacaq”.

"Biz abxazlarla necə yaşamaq barədə birgə qərar qəbul etməliyik"

Nazir Gürcüstan-Rusiya sərhədinin qanunsuz keçilməsi hallarına da münasibət bildirib: “Təəssüf ki, Rusiya Abxaziyanı tanıdıqdan sonra əlaqələrimiz daha da gərginləşdi. Rusiya Abxaziyanı tanımasaydı, biz bir çox məsələləri asanlıqla həll edə bilərdik. Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyi Gürcüstanın qanunlarına uyğun deyil, çünki Gürcüstan Abxaziyanı tanımır. Beynəlxalq aləm bu torpaqların Gürcüstana aid olduğunu bilir. Kimsə Gürcüstan-Rusiya sərhədini qanunsuz keçərsə, o şəxs qanunlarımızla cəzalanacaq. Fikirləşirəm ki, qanun yumşaq da olar. Vacib deyil ki, kimisə həbsxanaya salasan. Bu cinayəti cərimə şəkilində ödəmək olar. Əhali bilməlidir ki, Gürcüstan qanunlarını pozmaqla həbsxanada oturmaq yox, cərimə ilə də son nəticəyə gəlmək olar. Amma həbsxana çox ciddi ölçüdür”.

Dövlət naziri Abxaziya qaçqınlarının öz yurd-yuvalarına qayıtmasına da münasibət bildirib: “Onlar o vaxt öz evlərinə köçə bilər ki, Gürcüstanın ərazi bütövlüyü tam təmin olunsun. İndi qaçqınların 70 faizi Abxaziyaya qayıtmaq istəyir. Bu, hələlik mümkün deyil. 2008-ci il avqust hadisələri Gürcüstanı arxaya atdı. Lakin biz indi keçmişi tənqid etmək yox, irəliyə doğru necə getmək barədə fikirləşməliyik. Abxaziya münaqişəsinin həlli birgə verilməli, biz abxazlarla necə yaşamaq barədə birgə qərar qəbul etməliyik. Bu istiqmətdə işləmək lazımdır”.

Xəbərlər
Redaktorun seçimi