“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.03.2013, 15:11
501

Erməni redaktor Xocalı hadisəsini insanlıq faciəsi adlandırdı

A- A+

Rober Koptaş erməniləri Xocalı soyqırımına görə məsuliyyəti etiraf etməyə çağırıb

Türkiyədə nəşr olunan "Aqos" erməni qəzetinin redaktoru Rober Koptaş erməniləri Xocalı faciəsinə görə, məsuliyyəti öz üzərlərinə götürməyə çağırıb. "Aqos" qəzeti İstanbulda erməni və türk dilində nəşr edilir.

Qəzetin 28 fevral 2013-cü il tarixli sayında dərc olunan "Xocalı məsuliyyəti" adlı məqaləsində redaktor 1992-ci ildə Xocalıda baş verən hadisəni soyqırımı və insanlıq faciəsi adlandırıb.

“Bundan 21 il öncə Xocalıda yaşanan böyük bir qətliam və bir insanlıq faciəsi idi. Biz türkiyəli ermənilər o gecə orada nə olub-bitdiyini son vaxtlaradək bilməzdik. Hələ də bilməyənlərimiz və ya bilmək istəməyənlərimiz çoxdur”.

Erməni redaktor qeyd edir ki, Xocalı faciəsinin Qarabağ müharibəsinin "qaranlıq səhifəsi” deyib üzərindən keçmək olmaz.

"Əgər ermənilər özlərini soyqırımına məruz qalmış xalq hesab edirlərsə onlar məsuliyyətdən boyun qaçırmamalı, Xocalı faciəsi ilə bağlı susmamalıdırlar. Türkiyədə yaşayan ermənilər bu faciə haqqında hələ çox şeyi bilməlidirlər", - deyə Rober Koptaş öz məqaləsində yazıb.

►Bax:

http://www.agos.com.tr/haber.php?seo=rober-koptas-yazdi-hocali-sorumlulugu&haberid=4529

 

 

Xəbərlər
Redaktorun seçimi