“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.10.2009, 08:32
470

QHT-lərin Antikorrupsiya Şəbəkəsinin www.anticornet.az saytı fəaliyyətə başlayıb

A- A+

Şəbəkə Soros Fondunun yardımı ilə həyata keçirdiyi “proqram və institusional dəstək” layihəsini başa vurub

Oktyabrın 21-də “İrşad Otel”də Korrupsiyaya Qarşı Mübarizə aparan QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi Acıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Korrupsiyaya Qarşı Mübarizə aparan QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinə proqram və instutsional dəstək” layihəsinin yekunlarına dair konfrans keçirilib. 

Konfrans zamanı layihə çərçivəsində görülmüş işlər, hazırlanmış sənədlər, əldə olunmuş nəticələr və gələcək fəaliyyət istiqamətləri haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.

Şəbəkənin koordinatoru Əliməmməd Nuriyev layihəni dəstəkləyən Açıq Cəmiyyət İnsitutuna və layihə icraçılarına təşəkkür etmiş, daha sonra layihənin yekunlarına dair geniş təqdimatla çıxış etmişdir.

Tədbir iştirakçıları olan Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun İdarə Heyətinin Sədri Zərdüşt Əlizadə və Korrupsiyaya qarşı Mübarizə Komissiyasının üzvü, millət Vəkili Bəxtiyar Əliyev tədbirin açılışında çıxış edərək ölkədə korrupsiyaya qarşı mübarizənin vəziyyəti, Korrupsiyaya Qarşı Mübarizə aparan QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi və onun həyata keçirdiyi layihə haqqında fikirlərini və Şəbəkənin gələcək fəaliyyətinə dair tövsiyyələrini səsləndirmiş, həmçinin əməkdaşlığın bundan sonra da davamlı olmasının zəruriliyini vurğulayıblar.

Daha sonra layihənin müxtəlif istimaqətləri üzrə icraçıları çıxış ediblər. 

“Ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı qanunvericiliyin və prosedurların monitorinqi” haqqında “Vətəndaşların Əmək Hüquqlarinin Müdafiəsi Liqası”nın sədri Sahib Məmmədov, 2009 -2011-ci illər Korrupsiyaya Qarşı Mübarizə Aparan QHT-in Məlumat Və Əməkdaşlıq Şəbəkəsinin Strateji və Fəaliyyət Planı haqqında “Demokratiyanı Öyrənmə” İctimai Birliyinın sədri Mirəli Hüseynov, Ali təhsil ocaqlarında tələbələrin korrupsiyaya qarşı mübarizə sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə keçirilmiş anti-korrupsiya seminarları haqqında “Müasir Təhsilə və Tədrisə Yardım” Mərkəzinin proqram koordinatoru Nailə İsmayılova təqdimatlarla çıxış etdilər.

Tədbir zamanı Şəbəkənin yeni yaradılmış veb-səhifəsinin (www.anticornet.az) təqdimatı keçirilib.

Konfrans iştirakçıların geniş müzakirələri ilə başa çatmışdır.

Müzakirələr zamanı Rasim Musabəyov, Fuad Süleymanov (Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu), Rühəngiz Hüseynova (Qadınlar Arasında Həmrəylik), Əhməd Abbasbəyli (Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyi), Sevgim Rəhmanov (Tacirlər və İstehsalçılar Birliyi), Vasif Mövsümov (Korrupsiyaya Qarşı Mübarizə Fondu), Vüsal Hüseynov (Korrupsiyaya Qarşı Mübarizə Komissiyası), Nadir Adilov (Azərbaycan Hüquqşunaslar Konfederasiyası), Ramil İsgəndərov (Avrasiya Hüquqşünaslar Birliyi), Əlövsət Əliyəv (Miqrantlara Hüquqi Yardım İctimai Birliyi) və başqaları çıxış edərək müxtəlif təkliflər vermiş və layihənin uğurlu olduğunu qeyd edərək donorları bu tipli layihələrə dəstək verməyə çağırmişlar.

Xəbərlər
Redaktorun seçimi