“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.03.2013, 15:04
500

Bu faciə heç vaxt unudulmayacaq

A- A+

Qarabağın azərbaycanlı icmasında Xocalıda valideynlərini itirmiş gənclərlə görüş keçirilib


Martın 14-də “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində 1992-ci ilin Xocalı faciəsində hər iki valideynini itirmiş gənclərlə millət vəkillərinin görüşü keçirilib. 

“Nur” Uşaq-Gənclət Təşkilatının təşəbbüsü ilə Parlament Jurnalistlər Birliyinin təşkil etdiyi görüşdə Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 20-dək gənc iştirak edib. Görüşün məqsədi bu gənclərin problemlərinin müzakirəsi olub.

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, valideynlərini itirmiş gənclərin əsas problemləri mənzil və şəhidlik statusları ilə bağlıdır. O, mənzil probleminin həllində gənclərə lazımi köməklik göstərəcəyini deyib. İcma rəhbəri Xocalıda hər iki valideynini itirmiş bu gənclərin problemləri ilə bağlı prezident İlham Əliyevə də müraciət edəcəyini də vurğulayıb.

Milli Məclisin deputatları Rövşən Rzayev, Fuad Muradov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısının müavini Vahid Əliyev və başqaları Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış 1992-ci il fevralın 25-dən 26-na keçən gecə haqqında danışıblar. Bildirilib ki, həmin gecə erməni qəsbkarları Dağlıq Qarabağın strateji əhəmiyyətə malik olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini misli görünməmiş amansızlıqla qətlə yetirmiş, insanlığa sığmayan soyqırımı törədiblər.

Çıxışlarda faciənin heç vaxt unudulmayacağı, valideynlərini itirmiş uşaqların daim ölkə rəhbərliyinin diqqətində olduğu qeyd olunub.

Görüşdə mövcud problemlər və onların həlli yolları da müzakirə edilib, təkliflər səsləndirilib.

Xəbərlər
Redaktorun seçimi