“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.02.2012, 16:00
35

Ermənistan ilk növbədə beş rayonu azad etməlidir

A- A+

Almaniya Bundestaqı Xocalı qırğını və Qarabağ münaqişəsi barədə sənəd qəbul edib

Almaniya Bundestaqının Petisiya daimi komitəsi Xocalı qətliamı ilə bağlı sənəd qəbul edib. Azərbaycan XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, sənəd Xocalı qətliamının 20 illiyi ərəfəsində Almaniya-Azərbaycan Münasibətlərinin Təşviqi Cəmiyyəti tərəfindən Bundestaqa təqdim edilmiş petisiya əsasında qəbul olunub.

Sənəddə bildirilir ki, “Erməni silahlı qüvvələrinin 26 fevral 1992-ci il tarixində Xocalı şəhərinin mülki əhalisinə qarşı törətdiyi bu qanlı hadisə, 600-dən çox insanın həyatını itirməsi ilə nəticələnən qırğın fakt olaraq tanınmalıdır. Erməni xalqına qarşı soyqırımın baş verdiyini iddia edən Ermənistan Azərbaycan xalqının bu məsələsini anlamalıdır. Davamlı barışığa nail olunması prosesi yalnız tarixi həqiqətlərin əsasında baş verə bilər”.


Petisiyada Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun həll olunması məsələsi də öz əksini tapıb. Sənəddə ilk növbədə Ermənistanın Dağlıq Qarabağ ətrafında yerləşən və əvvəllər azərbaycanlıların yaşadığı 5 rayonun işğalını dayandırması və qaçqınların öz evlərinə qayıtmasına şərait yaratmasının vacibliyi qeyd olunur.

Bundestaq bəyan edir ki, münaqişənin həlli üçün birinci addım ondan ibarət olmalıdır ki, beynəlxalq hüququn tətbiqi birmənalı şəkildə tələb edilməli və qaçqınlar problemi deportasiya olunmuşların evlərinə qayıtması hüququna müvafiq olaraq həll edilməlidir.

Sənəddə həmçinin bildirilir ki, Almaniya Bundestaqı Dağlıq Qarabağ ətrafında problemin həlli üçün yeni səylərin göstərilməsinə öz töhfəsini verməlidir. Almaniya Xarici İşlər Nazirliyinin mövqeyi nəzərə alınmaqla, parlament araşdırmasının nəticəsi sənəddə aşağıdakı kimi öz əksini tapıb:

Dağlıq Qarabağ münaqişəsinin həllində, xüsusilə ilk növbədə Dağlıq Qarabağ ətrafında yerləşən 5 Azərbaycan rayonunun işğalına son qoyulması və qaçqınların evlərinə qayıtması Almaniya tərəfinin mövqeyi kimi qeyd olunur.

Sənəddə Almaniya Bundestaqının hələ 14 may 2009-cu il tarixli sessiyasında qəbul edilmiş “Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və demokratiyanın təşviqi” adlı qətnamənin hələ də qüvvədə qaldığı vurğulanır. Münaqişənin bütün tərəflərinin BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələri, eləcə də Avropa Şurası və ATƏT-in müvafiq qərar və qətnamələrini yerinə yetirməsi üçün xüsusilə fəaliyyət göstərilmələri tələb olunur. Sözügedən qətnamədə öz əksini tapmış Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması ilə bağlı narahatlıq yeni qəbul olunmuş sənəddə də vurğulanır.

Sənədə görə, həll olunmamış regional münaqişələr istənilən vaxt gərginliyin artırılması üçün istifadə oluna və ekstremal vəziyyətdə silahlı qarşıdurmalara gətirib çıxara bilər: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həyata keçirilən diplomatik səylər və mühüm siyasətçilərin, xüsusilə də Minsk Qrupu çərçivəsində, eləcə də Ermənistan və Azərbaycan prezidentlərinin çoxsaylı görüşləri hələ ki ümid edilən irəliləyişə gətirib çıxarmayıb. Bununla da regionda hələ də qəfil müharibə təhlükəsi mövcuddur”.

Bu istiqamətdə görülən bütün səylərə və demarşlara dəstək vermək üçün Petisiya komitəsi petisiyanı Almaniya hökumətinə - Xarici İşlər Nazirliyinə - material kimi göndərməyi tövsiyə edir.

* * *

Mövzuya dair:

"France 24" telekanalında Xocalı soyqırımına həsr olunmuş reportaj nümayiş etdirilib  

Fransanın "France 24" televiziya kanalının Cənubi Qafqaz üzrə müxbirinin ötən həftə Azərbaycana etdiyi səfər əsasında bu gün həmin telekanalda Xocalı soyqırımı haqqında reportaj nümayiş etdirilib.

Azərbaycanın Fransadakı səfirliyindən verilən məlumata görə, bu faciəli hadisənin 20-ci ildönümünə həsr edilmiş reportajda qadınlar və uşaqlar daxil olmaqla 613 azərbaycanlının ermənilər tərəfindən qətlə yetirildiyi bildirilib.

Süjetdə Xocalı sakinləri - bir qadın və 10 yaşında dəhşətli qırğının şahidi olmuş Anar Usubov faciə ilə bağlı xatirələrini bölüşüb və erməni vəhşiliyindən bəhs ediblər.

Reportajda həmçinin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkədə 1 milyonadək qaçqının olduğu qeyd edilib və onların mühüm hissəsinin üzləşdiyi ağır həyat şəraitindən bəhs edən təsvirlər verilib.

 

Xəbərlər
Ermənilərin yerlə-yeksan etdikləri Cəbrayılda tikdikləri “ibadətgah” işğalçılığın nümunəsi idi

26.03.2021, 14:00 18

Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

19.03.2021, 13:00 72

Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı keçirilib

30.01.2021, 19:00 351

Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə – bizim dəmir yumruğumuzu bir daha görəcək

15.01.2021, 15:00 407

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

06.01.2021, 10:00 71

Zəfər gətirən ildən yeni zəfərlərə doğru

31.12.2020, 11:00 350

Cəbrayılın azad olunması uğrunda canından keçən igidlər

26.12.2020, 17:00 419

Azərbaycan bu məsələni özü həll etdi, halbuki Minsk qrupu 28 il mandata sahib idi

13.12.2020, 09:00 580

"Mən müstəqilliyi Azərbaycan xalqı üçün ən böyük nailiyyət hesab etmişəm"

12.12.2020, 12:00 1306

Vətən müharibəsinin möhtəşəm finalı

11.12.2020, 11:00 597

Alban-udi dini icmasının nümayəndələri Kəlbəcərdəki Xudavəng monastırını ziyarət ediblər

05.12.2020, 12:00 534

Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad ediblər

04.12.2020, 17:00 455

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb

04.12.2020, 14:00 352

Cənubi Qafqaz təhlükəsizlik və əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur

03.12.2020, 10:00 337

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

01.12.2020, 17:00 126

Redaktorun seçimi