“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.09.2013, 14:52
454

Bölgələrimizin inkişafı yeniləşən Azərbaycanın simasıdır

Dağlar diyarı ucqar Gədəbəydən qısa səfər qeydləri
A- A+

Azərbaycanın ümumi tərəqqisi regionlarımızın ahəngdar inkişafından, yerlərdə həyata keçirilən infrastruktur layihələrindən, əldə olunan sosial-iqtisadi nəticələrdən çox asılıdır.


Təsadüfi deyil ki, ölkə başçısı bu məsələni hər zaman diqqət mərkəzində saxlayır, bölgələrə müntəzəm səfərləri zamanı görülən quruculuq işləri ilə şəxsən tanış olur, müvafiq tapşırıqlar verir. Dövlət başçısının rayonlara hər səfəri yeni yolların, təsərrüfat müəssisələrinin, sosial obyektlərin, mədəniyyət ocaqlarının, turizm-istirahət məkanlarının açılışı və gələcək layihələrin təməlinin qoyulması ilə yadda qalır.

Bu gün paytaxt Bakı sürətli inkişafı, modernləşən siması, möhtəşəm tikililəri, ən müasir infrastruktur imkanları ilə dünyanın qabaqcıl ölkələrinin şəhərləri ilə ayaqlaşdığı kimi, bölgələrimizin ahəngdar inkişafı da Azərbaycanın yeniləşən  simasının təzühürüdür.

“Ölkəmizin inkişafı, eyni zamanda, bölgələrin inkişafından keçir. Bu hərtərəfli inkişaf hər bir yerdə getməlidir. Sosial, iqtisadi məsələlər, sənaye, infrastruktur obyektlərinin və mədəniyyət ocaqlarının, tarixi, dini abidələrimizin bərpası və tikilməsi - biz bütün bu işləri kompleks şəkildə aparırıq” – Prezident İlham Əliyevin bu sözlərini indi ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyan hər bir bölgəsinə aid etmək olar. Bu günlərdə ölkəmizin ucqar qərbində, dağlar qoynunda yerləşən Gədəbəy rayonuna gedərkən biz də bu yeniləşmənin, bölgələrimizin yeni növrağının bilavasitə şahidi olduq.

Hər bir kəndin, qəsəbənin inkişafı onun yolundan başlanır. Yol inkişaf, mədəniyyət, əhalinin xoş güzəranı deməkdir. Gədəbəyin yeni yolları da bu diyarın yeni rifahından xəbər verir. Rayonun ucqar kəndlərinə, düşmən qonşumuzla sərhədəki - Şınıx bölgəsinə uzanan yollar hələ sovetin ən yaxşı, varlı-barlı vaxtlarlında belə heç vaxt belə sığal görməmişdi. İnsanlar körpüsüz, asfalt üzü görməyən bu kələ-kötür, əyri-üyrü aşırımlı “yolları” at arabası, ən yaxşı halda isə hər kənddə tək-tük sayda olan “Villis” maşınları – sovet “cip”ləri ilə bir neçə saata başa vururdular. Mənzil başına çatanadək isə insanların “ürəyi ağzına gəlirdi”. İndi isə abad, rəvan, asfalt döşənmiş bu yolu rahat “Mersedes”də yarım saata qət edirsən.

Ölkə prezidentinin 2012-ci ildə imzaladığı sərəncama əsasən Gədəbəy rayonunun 87 yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi yerli sakinləri, eləcə də bu yerlərə səfər edən hər kəsi ürəkdən sevindirmişdir. Çünki bu yerlərin uzun illər ən böyük dərdi yol sarıdan olub. Gədəbəy-Qızıltorpaq-Qonaqlı yolunda, Fındıqlı çayı üzərində yeni körpünün inşası rayonun 30 mindən çox əhalisi olan, 28  yaşayış məntəqəsinin yerləşdiyi Şınıx zonasının və Ermənistan Respublikası ilə sərhəddə yerləşən hərbi hissələrin rayon mərkəzi ilə rahat əlaqəsini təmin edib.

Söyüdlü kəndinin yanında, Çolpan çayı üzərində də yeni körpü inşa edilib. Söyüdlü körpüsü  Bakı-Şəmkir səmtindən Gədəbəyə yeganə giriş yolu, bu dağlar diyarının qapısıdır. Neçə vaxtdır, yararsız hala düşmüşdü. Dövlət başçısının göstərişi ilə vəsait ayrılıb və yenidən qurulub. Sentyabrın 10-da Prezident İlham Əliyevin iştirakı ilə körpü istifadəyə verildi.

Gədəbəyin uzun illərdən bəri digər mühüm bir problemi qazlaşma ilə bağlıdır. Kəndlərin sakinləri sərt qış günlərində quru yanacaq dalınca meşələrə üz tutmağa məcbur olublar, kəsiən hər ağac isə bu diyarın bənzərsiz, səfalı təbiətinə zərər vurub. Artıq bu problem də aradan qalxmaqdadır. Dövlət başçısı İlham Əliyev 2006 və 2009-cu illərdə rayona səfəri zamanı sərhəd bölgəsinin qazlaşdırılması üçün konkret tapşırıqlar vermişdi. Prezidentin göstərişinə əsasən, indiyədək Novosaratovka-Böyük Qaramurad- Şınıx bölgəsində onlarla yaşayış məntəqəsinə mavi yanacaq verilib. Hazırda rayonun üç müxtəlif istiqamətində - Söyüdlü, Moruqlu, Çanaqçı, Nərimankənd, Qoşabulaq, Samanlıq, Pərizamanlı, Miskinli və digər kəndlərin qazlaşdırılması üçün işlər görülür. Qaz boru xətlərinin uzandığı yol boyunca pöhrələnən ağaclar göz oxşayır. “Mavi yanacaq” Gədəbəy meşələrinə də yeni həyat verib.

İndi bu məkanlarda yeni istirahət guşələri yaradılır. Gözəl təbii şəraitə malik Gədəbəyin səfalı yerləri çox tezliklə ətraf rayonların əhalisi üçün də cəlbedici istirahət məskəninə çevriləcək. Rayonun geniş turizm potensialı var. Bu zənginlik xüsusilə mədəni və ekoloji turizmi inkişaf etdirmək üçün zəmin yaradır. Romantik səyahətləri xoşlayanlar üçün rayonda maraqlı turizm marşrutları da var: Gədəbəy-Qızılqala meşəsi-Namərdqala, Gədəbəy-Söyüdlü kəndi, Gədəbəy-Maarif kəndi-Slavyanka kəndi.

Rayon ərazisindəki siklopik tikililər Azərbaycan tarixinə Gədəbəy-Xocalı mədəniyyəti adı ilə daxil olmuş mədəniyyətin tərkib hissəsidir. Böyükqala qalası, Qalakənd qalası (XVI əsr), Qız qalası (Namərdqala, IX əsr), Qarabağ qalası, Pir qalası, Koroğlu qalası, Parakənd qalası, Səbətkeçməz kəndində XIX əsrə aid körpülər, Novosaratovka kəndində 1535-ci ildə inşa edilmiş məbəd və s. günümüzə qədər gəlib çıxıb. Bu abidələrin hər biri ayrılıqda maraqlı turizm obyektidir.

2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Gədəbəyin “Əfsanələr paytaxtı” elan edilməsi ilə bağlı rayonun mədəni irsinin, turizm potensialının təbliği istiqamətində bir sıra tədbirlər görülüb. Bununla yanaşı, bölgədəki abidələrin bir qismi baxımsız vəziyyətdədir, bu məkanlara turist cəlb etmək üçün zəruri bərpa illəri görülməli, abidələrə aparan yollar abadlaşdırılmalıdır.

Gədəbəy zəngin mədəni irsi, füsunkar təbiəti ilə yanaşı, şəfalı “Mor-mor”, “Skavyanka” , “Narzan” və s. suları, can dərmanı olan bulaqları ilə də məşhurdur. Rayonda istehsal gücü 100 tondan çox olan “Gədəbəy mineral suları zavodu» və müxtəlif kiçik mineral su müəssisələri fəaliyyət göstərir. Bu sahənin daha da inkişaf etdirilməsi bölgənin həm sənaye, həm də turizm imkanlarına əlavə töhfə ola bilər.

Son dövrlər rayonda sənaye sahəsi də inkişaf etdirilir. 2009-cu ildən etibarən fəaliyyət göstərən qızıl və mis emalı zavodu bu cənnət diyarın torpağının altının da, üstünün də zəngin olduğunu bir daha göstərir. Gədəbəy torpağının zənginliyinin digər mühüm nişanəsi bu yerlərin məşhur kartofudur. Rayonda kartofçuluq da yeni inkişaf dövrünə qədəm qoyub. Yerli sakinlərin, fermerlərin bu sahədə əsas qayğısı becərilən məhsulun saxlanılması ilə bağlıdır ki, bunu da yeni inşa edilən, tutumu 10000 ton olan kartof saxlama və emalı fabriki aradan qaldıracaq.

Rayonda təsərrüfat və sənaye sahələrinin inkişaf etdirilməsi, sosial infrastrukturun yaradılması, yeni iş yerlərinin açılması bir vaxtlar güzəran dalınca paytaxt Bakıya, habelə qonşu Rusiyanın şəhərlərinə üz tutan gənclərin doğma yurda, bərəkətli torpağa dönməsinə zəmin yaradıb. Ucqar kəndlərdə son illər inşa edilən bir-birindən yaraşıqlı evlər dağlar diyarının yeni növrağından, rifah və firavanlığından xəbər verir. Bu inkişaf və tərəqqi yeniləşən Azərbaycanın simasıdır.

www.azerbaycanli.org

Xəbərlər
Ermənilərin yerlə-yeksan etdikləri Cəbrayılda tikdikləri “ibadətgah” işğalçılığın nümunəsi idi

26.03.2021, 14:00 18

Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

19.03.2021, 13:00 90

Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı keçirilib

30.01.2021, 19:00 370

Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə – bizim dəmir yumruğumuzu bir daha görəcək

15.01.2021, 15:00 425

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

06.01.2021, 10:00 74

Zəfər gətirən ildən yeni zəfərlərə doğru

31.12.2020, 11:00 369

Cəbrayılın azad olunması uğrunda canından keçən igidlər

26.12.2020, 17:00 437

Azərbaycan bu məsələni özü həll etdi, halbuki Minsk qrupu 28 il mandata sahib idi

13.12.2020, 09:00 596

"Mən müstəqilliyi Azərbaycan xalqı üçün ən böyük nailiyyət hesab etmişəm"

12.12.2020, 12:00 1319

Vətən müharibəsinin möhtəşəm finalı

11.12.2020, 11:00 610

Alban-udi dini icmasının nümayəndələri Kəlbəcərdəki Xudavəng monastırını ziyarət ediblər

05.12.2020, 12:00 549

Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad ediblər

04.12.2020, 17:00 457

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb

04.12.2020, 14:00 352

Cənubi Qafqaz təhlükəsizlik və əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur

03.12.2020, 10:00 342

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

01.12.2020, 17:00 127

Redaktorun seçimi