“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.09.2014, 20:27
1826

“Cənub” qaz dəhlizinin yolu açıldı

A- A+

“Əsrin müqaviləsi”nin 20 ildönümündə Azərbaycanın evsahibliyi ilə yeni enerji layihəsinin təməli atıldı

Sentyabrın 20-də Bakıdakı Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 20 illiyi, “Cənub” qaz dəhlizinin təməlinin qoyulması ilə bağlı təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan dövlət və hökumət başçıları mərasimdə iştirak ediblər.

Əvvəlcə Prezident İlham Əliyev, dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Sonra Bolqarıstan Prezidenti Rosen Plevneliev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Yunanıstanın Baş naziri Antonis Samaras, Monteneqronun Baş naziri Milo Cukanoviç çıxış etdilər.

Mərasimdə Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun videomüraciəti göstərildi.

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız çıxış etdi, Norveçin Azərbaycandakı səfiri Baard İvar Svendsen bu ölkənin Baş naziri xanım Erna Solberqin təbrik məktubunu oxudu.

Daha sonra Albaniyanın energetika naziri Damian Gjiknuri, Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqston, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Kladio de Vinsenti çıxış etdilər.

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn çıxış etdi və dövlət katibi Con Kerrinin təbrik məktubunu oxudu.

Sonra bp şirkətinin icraçı direktoru Robert Dadli və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev çıxış etdilər.

Mərasimin sonunda Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən bəhs edən videoçarx nümayiş etdirildi.

Daha sonra dövlət və hökumət başçıları Səngəçala gedərək “Cənub” qaz dəhlizinin təməlini qoydular.

 

Səngəçal terminalında “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi 

 

Sentyabrın 20-də Səngəçal terminalında dövlət və hökumət başçılarının iştirakı ilə “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev və təməlqoyma mərasiminin digər iştirakçıları rəmzi olaraq xüsusi qəliblərin üzərində əl izlərini qoydular.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Yunanıstanın Baş naziri Antonis Samaras, Bolqarıstan Prezidenti Rosen Plevneliev, Albaniyanın energetika naziri Damian Qjiknuri, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinsenti, Monteneqronun Baş naziri Milo Cukanoviç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar naziri Lord Livinqston, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn, bp şirkətinin baş icraçı direktoru Robert Dadli, Azərbaycanın energetika naziri Natiq Əliyev və ARDNŞ-in prezidenti Rövnəq Abdullayev “Cənub” qaz dəhlizinin təməlinə qoyulacaq ilk borunu imzaladılar.

Daha sonra “Cənub” qaz dəhlizinin təməli qoyuldu.

Sonda dövlət və hökumət başçıları, digər qonaqlar xatirə şəkli çəkdirdilər. 

 

Xəbərlər
Redaktorun seçimi