“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.04.2011, 17:46
461

Azərbaycanla Ermənistan arasında “hava müharibəsi”

A- A+

Bakı Yerevandan Xankəndiyə uçacaq təyyarələrin vurulacağını deyir

Azərbaycan işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən Xankəndi şəhərində ermənilərin inşa etdiyi hava limanına uçuşlar edən təyyarələri məhv edə bilər. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov bildirib. 

Ermənilərin Xankəndi şəhərində yeni hava limanı inşa etməsi barədə məlumatlı olduqlarını deyən administrasiya rəhbəri, bununla bağlı qabaqlayıcı tədbirlərə başladıqlarını da vurğulayıb. Artıq ötən ilin oktyabr ayında ADMAA bununla bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO) da xəbərdarlıq göndərib.

“Biz bildirdik ki, Qarabağ üzərində hava məkanımız bağlıdır. Azərbaycanın “Aviasiya haqqında” qanununa əsasən, hətta ora uçan təyyarələrin fiziki cəhətdən məhv edilməsi də nəzərdə tutulur”, - deyə A. Məmmədov vurğulayıb.

Administrasiya direktoru əlavə edib ki, İCAO rəhbəri Azərbaycan tərəfinə məktub ünvanlayaraq bəzi konvensiyalara qoşulmağı, bölgədə xoşagəlməz halın baş verməməsi üçün səylər göstərməyi tövsiyyə edib: “Müdafiə Nazirliyi ilə razılaşdıraraq biz İCAO-ya yenə yazdıq ki, bu hava məkanı bağlıdır və Azərbaycan Hərbi Hava Qüvvələrinin ixtiyarındadır. Ona görə də lazım olmayan hadisələrin baş verməməsi üçün indidən qarşı tərəfə xəbərdarlıq edin. İCAO-da mənim məktubumu Ermənistan tərəfinə göndərib”.

Bu bəyanata cavab olaraq Ermənistan bildirib ki, özünün hava məkanının Azərbaycan təyyarələri (Avropa, Türkiyə istiqamətində uçuşlar üçün) bağlaya bilər.

* * *

İrəvan hava məkanını Azərbaycan üçün bağlayacağı təqdirdə, Türkiyə də Ermənistana qarşı analoji addım ata bilər  

Ermənistan hava məkanını Azərbaycan təyyarələrinə qapadacağı, işğal olunmuş Xankəndi şəhərinə uçuşlar təşkil edəcəyi halda, hava blokadası ilə üzləşə bilər.

Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Ermənistan hava məkanını Türkiyə və Naxçıvan Muxtar Respublikasına uçan Azərbaycan təyyarələri üçün bağlayacağı təqdirdə, Türkiyə tərəfi də öz hava məkanını İrəvana uçuşlar üçün bağlaya bilər.

Bu, Azərbaycan və Türkiyə arasında müvafiq sahədə əldə olunmuş anlaşmalarda da əksini tapıb.

* * *

Metyu Brayza: “Şadam ki, Azərbaycan öz mövqeyini dəyişib və hüquqlarını Beynəlxalq Mülki Aviasiya Təşkilatında müdafiə etməyə çalışır”  

“Mən istənilən şəraitdə mülki təyyarənin vurulmasının qəbul edilməz olduğunu demişəm. Şadam ki, Azərbaycan öz mövqeyinin istiqamətini dəyişib və hüquqlarını Beynəlxalq Mülki Aviasiya Təşkilatında müdafiə etməyə çalışır”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib.

M. Brayza Xankəndində aeroport açılması və oraya aviareyslərin təşkili barədə suallara cavabında daha konkret şərh vermək istəmədiyini deyib: “Qoy həmsədrlər bölgəyə gəlib münasibət bildirsinlər, bu, daha düzgün olar. Mən onu da deyə bilərəm ki, Azərbaycandan Naxçıvana uçan təyyarələr Ermənistanın hava məkanından gedir və bu məqbul sayılır”.

Xəbərlər
Redaktorun seçimi