“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.11.2013, 23:33
1241

“Bu mükafatın verilməsi böyük məna daşıyır”

Azərbaycan Prezidenti ikinci dəfə “Jurnalistlərin dostu” seçilib
A- A+

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” seçilmişdir. Noyabrın 24-də bu münasibətlə mərasim keçirilmiş və mükafat dövlət başçısına təqdim edilmişdir.

rbaycan Prezidentikinci dəfə “Jurnalistlərin dostu” seçilib

Media işçiləri adından Prezident İlham Əliyevi ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi münasibətilə təbrik edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirmişdir ki, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi “Jurnalistlərin dostu” mükafatını 1997-ci ildə təsis edib. Məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə dövlət məmurlarımızın, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaqdır.

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin bu ilin sentyabrında təşkil etdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzetinin, 6 jurnalın, 11 informasiya agentliyinin, 12 xəbər portalının, 7 telekanalın, 4 radionun və 11 jurnalist təşkilatının rəyləri öyrənilibdir. Sorğunun nəticələrinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 89 faiz səslə qalib gəlib.

Sorğuda ikinci və üçüncü yerləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri və “Bakcell” şirkətinin baş icraçı direktoru bölüşüblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfədir ki, jurnalistlərin dostu seçilir. Milli jurnalistikamızın mənsubları ilk seçimlərini 2010-cu ildə ediblər.

Bu gün ölkə mediası keyfiyyət dəyişiklikləri dövrünü yaşayır. Artıq internet Azərbaycan vətəndaşlarının operativ informasiya tələbatını ödəyən dünyəvi ünsiyyət vasitəsinə çevrilib. Çoxsaylı internet, televiziya və radiolar on minlərlə insana yenilikləri çatdırır. Facebook şəbəkəsi ölkənin bir milyondan çox vətəndaşını əhatə edir. Otuz mindən çox bloqqer sərbəst və maneəsiz fikir və mülahizələrini cəmiyyətlə bölüşür. Jurnalist ictimaiyyətimiz bütün bunları, 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmasının məntiqi nəticələrini əyani surətdə görür və dəyərləndirir.

Mətbuat Şurası da fəaliyyətini zamanın tələblərinə uyğun şəkildə qurur. Bilavasitə peşəkarlıq prinsiplərinin onlayn medianı da əhatə etməsinə yönələn layihələr reallaşdırır.

Son beş ilin mühüm yeniliklərindən biri də KİV-lərə dövlət dəstəyinin sistemli mexanizminin yaranmasıdır. Bu, özünü mətbuat orqanlarının maddi–texniki bazasının möhkəmlənməsində, jurnalistlərin peşəkarlığının yüksəlməsində göstərməkdədir. Davamlı proseslər ictimai missiya yerinə yetirən jurnalistləri təkcə peşələrinə bağlamır, eyni zamanda, medianın cəmiyyətdəki nüfuzunu yüksəldir, ümumən, demokratik cəmiyyət quruluculuğunda dövlətin jurnalistikaya dəyər verdiyini, etimadını bir daha təsdiqləyir. Bütün bunların qarantı dövlətimizin başçısıdır.

Azərbaycan jurnalistləri Prezidentin şəxsində təkcə dövlətin onlara göstərdiyi qayğını deyil, eyni zamanda, yeritdilən daxili və xarici siyasət kursunu yaxından izləyirlər. Media təmsilçiləri Prezidenti həmişə özlərinin dostu biliblər. Bu dostluq media təmsilçiləri ilə hər görüşünüzdə qaldırılan məsələlərə həssas münasibətinizdən, irəli sürülən təkliflərin real, əməli iş müstəvisinə daşınmasından qaynaqlanır. Mətbuat Şurasının sədri Əflatun Amaşov “Jurnalistlərin dostu” mükafatını Prezident İlham Əliyevə təqdim etdi.

Dövlət başçısı mükafata görə təşəkkürünü bildirərək demişdir: “Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini “Jurnalistlərin dostu” adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur”.

* * *

Ulu öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqləmişdir. “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” buna əyani sübutdur.

Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Qeyd etdiyimiz kimi, mətbuatın inkişafına yönələn addımlar davamlılığı ilə diqqət çəkir. 2005 və 2010-cu illərdə milli mətbuatımızın 130 və 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi biri-birindən əhəmiyyətli addımlar qeyd etdiklərimizin təsdiqidir.

2013-cü ilin iyulunda milli mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda, “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” növbəti Sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir. Əminik ki, medianın problemlərinin aradan qaldırılmasına diqqət yetirən Prezident İlham Əliyev bundan sonra da media sektorunun inkişafı üçün dövlətin dəstəyini əsirgəməyəcək.

Azərbaycanlı.org

Xəbərlər
Redaktorun seçimi