“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.01.2010, 21:27
457

Azərbaycanın 9 milyonuncu vətəndaşı dünyaya gəlib

A- A+

Naxçıvanda döğulan uşağın ailəsinə Bakıda mənzil və 20 min manat pul verilib

Yanvarın 15-i saat 5.10 dəqiqədə Azərbaycan Respublik

sının 9 milyonuncu (9 000 000) vətəndaşı doğulub. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın 9 milyonuncu vətəndaşını Naxçıvan şəhər Doğum Mərkəzində Babək rayon sakini Aynur Əhmədova dünyaya gətirib. Yeni doğulan oğlan uşağının çəkisi 2,9 kiloqram, boyu 49 santimetrdir:

“Biz gözləyirdik ki, Azərbaycanın 9 milyonuncu vətəndaşı yanvarın 14-dən 15-nə keçən gecə doğulacaq. Hər dəqiqə bizə bütün bölgələrdən məlumatlar gəlirdi. Statistikaya əsasən, müəyyən olundu ki, 9 milyonuncu vətəndaşımız məhz Naxçıvanda dünyaya gələn uşaqdır”.

 * * *

Prezident İlham Əliyev Azərbaycanın 9 milyonuncu vətəndaşının ailəsinə ev verib  

Prezident İlham Əliyev Azərbaycanın 9 milyonuncu vətəndaşının sosial müdafiəsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, 2010-cu il yanvarın 15-də Əhmədli İlham İslam oğlunun dünyaya gəlməsi ilə Azərbaycan artıq doqquz milyonluq əhalisi olan ölkəyə çevrilib.

Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, Azərbaycanın doqquz milyonuncu vətəndaşının dünyaya gəldiyi ailənin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Əhmədli İlham İslam oğlunun valideynləri Əhmədov İslam İlkin oğlu və Əhmədova Aynur Teymur qızına Bakı şəhərində müvafiq mənzil ayrılmasını təmin etsin.

Azərbaycan prezidentinin Ehtiyat Fondundan Əhmədli İlham İslam oğluna 20 min manat məbləğində vəsait ayrılıb.

Mərkəzi Banka tapşırılıb ki, Əhmədli İlham İslam oğlunun adına müvafiq hesab açaraq, hər il onun faizlər hesabına artırılmasını və əmanətçi 18 yaşına çatanadək bu hesabın toxunulmazlığını təmin etsin.

Xəbərlər
Redaktorun seçimi