“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.08.2009, 10:01
392

Azərbaycan iqtisadi inkişafda birinciliyi əldən verib

A- A+

Ölkəmiz MDB məkanında ayrı-ayrı göstəricilər üzrə Özbəkistan və Tacikistandan geri qalır...

MDB Dövlətlərarası Statistika Komitəsi 2009-cu ilin birinci yarısının sosial-iqtisadi göstəricilərini açıqlamışdır. 

Statistik göstəricilərə əsasən, Azərbaycan 2008-ci ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul (ÜDM) istehsalını 3,6 faiz artıraraq MDB ölkələri arasında Özbəkistandan sonra ikinci yeri tutmuşdur.

Tacikistan 2,8 faizlə üçüncü, Belarus və Qırğızıstan 0,3 faizlə dördüncü yerdədirlər.

Hesabat dövründə ümumi daxili məhsul istehsalı Ermənistanda 16,3 faiz, Rusiyada 13,4 faiz, Qazaxıstanda 4,1 faiz azalmışdır.

2009-cu ilin yanvar-iyun aylarında Özbəkistan və Azərbaycan istisna olmaqla digər MDB ölkələrində istehsalın həcmi aşağı düşmüşdür.

Ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın həcmi Ukraynada 31,1 faiz, Moldovada 24,9 faiz, Qırğızıstanda 18,9 faiz, Rusiyada 14,8 faiz, Tacikistanda 13,3 faiz, Ermənistanda 11,5 faiz, Belarusda 3,6 faiz, Qazaxıstanda 2,7 faiz azalmışdır.

Özbəkistan və Azərbaycanda isə bu müddətdə istehsalın həcmi müvafiq olaraq 9,1 faiz və 1,3 faiz artmışdır.
MDB üzrə sənaye istehsalının həcmi orta hesabla 25 faiz azalmışdır.

Pərakəndə ticarət dövriyyəsinin artımına görə, Azərbaycan 8,5 faizlə ikinci yerdədir. Burada birinci yeri 13,8 faizlə Tacikistan tutur.

Yanvar-iyun aylarında MDB üzrə bu göstərici 4 faiz aşağı düşmüşdür.

AzərTAc.

PS.

2005-2008-ci illərdə Azərbaycan MDB məkanında iqtisadi artım tempinə görə lider mövqeyində olub.

2005-ci ildə Azərbaycanda ÜDM 25 faiz, 2006-cı ildə 34 faiz, 2007-ci ildə 16 faiz, 2008-ci ildə isə 10 faiz artmışdı.

Xəbərlər
Redaktorun seçimi