“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.02.2010, 21:09
440

İslam Konfransı Təşkilatı Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib

A- A+

Qətnamənin qəbulunda İKT ölkələri parlamentlərinin 100-dək deputatı iştirak edib

İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə qəbul edib.
 
AzərTAc-ın məlumatına görə, yanvarın 31-də Uqandanın Kambala şəhərində keçirilən Parlament İttifaqımın konfransında qəbul edilən qətnamədə deyilir:

“Parlament İttifaqı İslam Konfransı Gənclər Forumunun baş əlaqələndiricisi “Xocalıya ədalət” beynəlxalq kampaniyasını dəstəkləyir, üzv dövlətlərin parlamentlərini insanlığa qarşı bu cinayəti düzgün və müvafiq şəkildə tanımağa, kampaniyaya milli və beynəlxalq səviyyədə tam dəstək verməyə çağırır”.

İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İsgəndərovun verdiyi məlumata görə, qətnamə beynəlxalq təşkilatların Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıdığı ilk sənəddir.

İKT Parlament İttifaqı sıralarında 51 ölkəni birləşdirir. Uqandada keçirilən konfransda iştirak edən dövlətlərin nümayəndələri qətnamənin qəbul edilməsinə yekdilliklə səs veriblər.

Qətnamənin qəbul olunmasında İKT ölkələri parlamentlərinin 10-a yaxın sədri, birinci vitse-spikerlər və təqribən 100 deputat, mötəbər qurumların nümayəndələri iştirak ediblər.

“Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı prezident İlham Əliyevin qızı Leyla Əliyevadır. 2009-cu ilin fevralında başladılan kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərini işğal ediblər. Qanlı işğal gecəsində 613 nəfər qətlə yetirilib.

Xəbərlər
Redaktorun seçimi