“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.01.2010, 21:31
428

Moskvada “Qarabağ gündəliyi” kitabı çapdan çıxıb

A- A+

Kitabda tanınnış yazıçı Yuri Pompeyevin Qarabağ münaqişəsi barədə köhnə və yeni əsərləri yer alıb

Moskvanın və Rusiyanın digər şəhərlərinin kitab mağazalarında bu ölkədə fəaliyyət göstərən Kanonplyus nəşriyyatının nəşr etdirdiyi “Qarabağ gündəliyi” kitabının satışına başlanıb.
 
Bu barədə APA-ya İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Media Departamentindən bildirilib.

“Qarabağ qan çanağında”, “Məşəqqətli günlər” və “Dağıntılar” əsərlərindən ibarət trilogiyanın müəllifi keçən əsrin 80-ci illərinin sonlarından etibarən Dağlıq Qarabağ münaqişəsi haqqında düzgün məlumatların Rusiya ictimaiyyətinə çatdırılması uğrunda mübarizə aparan Rusiyanın tanınmış kuturoloqu, professor Yuri Pompeyevdir.

“Qarabağ gündəliyi” kitabı müəllifin bu münaqişə ilə bağlı olan siyasilərlə intervyu, o cümlədən sənədlər əsasında problemin tarixi-publisitik janrda təhlilinə yönəlmiş bir əsərdir.

Bu əsərdə münaqişənin alovlanmasında xüsusi rol oynamış erməni lobbisi və onun Mixail Qorbaçovla əlaqələrinin pərdəarxası məqamları açıqlanıb, Xocalı faciəsinə gedən proseslər təhlil edilib.

Rus ziyalısının yazdığı kitabda 20 Yanvar faciəsində Qorbaçovun oynadığı neqativ rol, o cümlədən Heydər Əliyevin keçən əsrin 90-cı illərinin əvvəllərində ağır siyasi şəraitdə Azərbaycana qayıdaraq ölkənin müstəqilliyinin əldə edilməsi və qorunması uğrunda apardığı mübarizə təhlil edilib.

Adıçəkilən kitab “Xocalıya ədalət” kampaniyası (www.justiceforkhojaly.org) çərçivəsində nəşr edilib.

“Xocalıya ədalət” kampaniyası İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb, Xocalı faciəsinə dünya ictimaiyyəti tərəfindən mənəvi, o cümlədən siyasi-hüquqi qiymətin verilməsi məqsədi daşıyır.

 

Xəbərlər
Redaktorun seçimi