“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.11.2010, 18:42
380

7 noyabr Azərbaycanda Milli Məclisə seçkilər günüdür

A- A+

Parlamentdə 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparır

Noyabrın 7-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. 4-cü çaşırış Milli Məclisə seçkilər ölkə üzrə 125 seçki dairəsini əhatə edir.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçkilərlə əlaqədar indiyədək 743 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınmış şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb. Hazırda 125 deputat mandatı uğrunda 690 namizəd mübarizəni davam etdirir.

Seçki qanunveriçilyinə əsasən, noyabrın 5-i seçki kampaniyasının təbliğat mərhələsi sonuncu günüdür. Noyabrın 6-sı seçkilərlə bağlı hər hansı təbliğat aparılması qanunla qadağandır. Ayın 7-də isə ölkə üzrə 5 minədək seçki məntəqəsində səsvermə keçiriləcək.

Seçkiləri qeydiyyatdan keçmiş 48 mindən artıq müşahidəçi, o cümlədən MSK-da akkreditə olunmuş 1024 beynəlxalq müşahidəçi izləyəcək.

Müstəqil Azərbaycan Respublikasının Milli Məclisinə bundan əvvəlki seçkilər 1995, 2005 və 2005-ci illərdə keçirilib.

Ümumilikdə isə 1991, 1993, 2002, 2009-cu illərdə keçirilmiş referendumları nəzərə alınmasa, 7 noyabr parlament seçkisi müstəqil Azərbaycanın tarixində 13-cü xalq səsverməsi olacaq. Əvvəlki 12 seçkinin 6-sı prezident (1991, 1992, 1993, 1998, 2003 və 2008), 3-ü parlament (1995, 2000, 2005), 3-ü bələdiyyə seçkisi (1999, 2004, 2009) olub.

* * *

Mərkəzi Seçki Komissiyası parlament seçkiləri ilə əlaqədar hesabatını açıqlayıb  

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda 7 noyabr parlament seçkiləri ilə əlaqədar hesabat hazırlayıb. Hesabatda bildirilir ki, təchizat baxımından həm məntəqə, həm də dairə seçki komissiyaları tam təmin olunaraq seçki gününə hazır vəziyyətə gətirilib.

Hesabatda qeyd olunub ki, parlament seçkilərində iştirak etmək üçün 1412 iddiaçı imza vərəqi götürüb və yalnız 1115 nəfər imza toplayaraq imza vərəqələrini digər sənədlərlə birlikdə dairə seçki komissiyalarına (DSK) təqdim edib. İmza vərəqələrini geri qaytarmış bu iddiaçılardan 72 nəfəri hələ sənədləri DSK tərəfindən baxılmazdan əvvəl namizədlikdən imtina edib, DSK-lar 1043 namizədin sənədlərinə baxıb. Bunlardan 738 iddiaçı namizəd qismində qeydə alınıb.

Sənədlərdə yol verilmiş ciddi qanun pozuntuları, o cümlədən gəlir mənbələrinin, əmlakla bağlı məlumatın qeyri-dürüstlüyü, əlavə olaraq, imza vərəqələrində yol verilmiş və xəbərdarlıqlar olunmasına baxmayaraq aradan qaldırılmamış qusurlar səbəbindən 302 nəfərin namizədliyinin qeydə alınması mümkün olmayıb. Qeydə alınmış namizədlərin 53 nəfəri öz ərizələri ilə namizədliyini geri götürüb və yekunda 688 nəfər namizədin adı seçki bülletenlərinə daxil edilib. Deputatlığa namizədlərin 94 nəfəri qadındır.

Oktyabr ayı ərzində MSK-ya onun səlahiyyətlərinə aid 239 müraciət daxil olub. Bu müraciətlərdən 172-si bilavasitə namizədliyin qeydiyyatı ilə əlaqədar olub və 4 halda müraciət edən tərəf müraciəti geri götürüb. Qalan 168 müraciətə baxılarkən, onlardan 131 halda müvafiq dairə seçki komissiyasının qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanıb, 35 halda müraciət təmin edilib və bunun nəticəsində 35 namizəd MSK tərəfindən qeydə alınıb.

Bir halda DSK-nın qeydə aldığı namizədin qeydiyyatı ləğv edilib və 1 halda namizədin qeydiyyatının ləğvi tələbi ilə bağlı digər bir namizəd tərəfindən daxil olmuş müraciət təmin edilməyib. O cümlədən, Bakı Apelyasiya Məhkəməsinin qərarı əsasında 5 və Ali Məhkəmənin qərarı əsasında isə 2 müraciətə yenidən baxılması MSK-ya həvalə edilib və bu müraciətlərin 7-si də namizədin xeyrinə müsbət həll edilib. 49 halda müraciət əsassız olduğundan təmin edilməyib, 11 halda mübahisə predmeti aradan qalxdığından və ya öz həllini tapdığından müraciətə xitam verilib, 6 halda müraciət müddətin ötürülməsi ilə daxil olduğundan geri qaytarılıb, 1 halda isə namizədliyin geri götürülməsi ilə bağlı dairə seçki komissiyasının qərarı ləğv edilərək vətəndaşın namizədliyi təkrar bərpa olunub.

Seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı təklif etmiş 63 KİV (38 qəzet, 13 agentlik, 12 TV və radio) tərəfindən namizədlərə təklif olunan qiymətlər MSK-ya təqdim olunub. Namizədlərin təbliğat materialları üçün 5000-dən artıq lövhələr qurulub, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yerli icra hakimiyyətləri tərəfindən respublikadakı 3440 yaşayış məntəqəsində 4930 (2676 açıq, 2254 qapalı) görüş yerləri ayrılıb.

Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün bu günədək ümumilikdə 46569 yerli müşahidəçi qeydiyyatdan keçirilib. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən qeydiyyatdan keçirilmiş yerli müşahidəçilərdən 1705 müşahidəçidən 102 nəfər siyasi partiyalar, 560 nəfər qeyri-hökumət təşkilatları, 3 nəfər qeydə alınmış namizədlərin təşəbbüsü əsasında, digərləri isə öz təşəbbüsü ilə seçkilərə qatılıb. Yerli müşahidəçilərin digər bir qrupu – 43 153 nəfər isə müəyyən seçki dairəsi hüdudları daxilində müşahidə aparmaq üçün müvafiq DSK tərəfindən akkreditə olunub. Bunlardan da 8177 nəfəri siyasi partiyaları, 5372 nəfəri qeyri-hökumət təşkilatlarını təmsil edir və 29604 müşahidəçi isə öz təşəbbüsü ilə müşahidə aparır.

MSK tərəfindən bu günədək akkreditə olunmuş 1026 beynəlxalq müşahidəçi 19 beynəlxalq (xarici) qurumu təmsil edir ki, bura AŞPA, Avropa İttifaqı Şurası, Aİ-nin Bakı üzrə nümayəndəliyi, Avropa Parlamenti, TürkPA, ATƏT PA, ATƏT DTİHB, MDB, GUAM, ABŞ, Böyük Britaniya, Qazaxıstan, Norveç, Bolqarıstan, Polşa, Yaponiya və Belçika səfirlilikləri, eyni zamanda Avropa Seçki Müşahidə Akademiyası daxildir. Beynəlxalq müşahidəçilər 48 ölkə vətəndaşlarıdırlar. Röyters, BBS, Əl-Cəzirə, TRT, Associated Press, Frans Press, EPA, Anadolu, İhlas Haber Ajansı, Doğan Haber Ajansı, Daily İttehad da daxil olmaqla 20-yə yaxın xarici kütləvi informasiya vasitələrindən 43 beynəlxalq KİV təmsilçisi seçkiləri işıqlandırmaq məqsədilə MSK tərəfindən akreditə edilib.

İnternet vasitəsilə səsvermə prosesini canlı izləmək üçün 500 məntəqədə (təxminən 10%-də) veb-kameralarla bağlı texniki hazırlıq yekunlaşdırılıb və veb-kameralar quraşdırılmış məntəqələrin siyahısı təsdiq olunüb. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq səsvermə günü exit-poll keçirmək məqsədi ilə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi MSK-ya müraciət edərək qeydiyyatdan keçib.

MSK bəyan edir ki, səsvermə günü ərzində seçicilərin fəallıq göstəricisi 5 dəfə, səsvermənin nəticələri isə səsvermə sona çatdıqdan bir neçə saat sonra Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi vasitəsilə MSK-ya və eyni zamanda MSK-nın internet səhifəsinə ötürüləcək.

Xəbərlər
Redaktorun seçimi