“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.06.2009, 12:03
439

Azərbaycanlılar Nəsiminin Hələbdəki məqbərəsini ziyarət edə biləcəklər

A- A+

Suriya XİN başçısının Bakıya səfərində bu məsələ də müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan suriyalı həmkarı Valid Əl-Muallimlə görüşüb. Görüşdən sonra keçirilən birgə brifinqdə Məmmədyarov qeyd edib ki, danışıqlar zamanı ikitərəfli münasibətlər, siyasi, iqtisadi, humanitar əlaqələr, Yaxın Şərqdəki vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunub.

«Görüşdə Azərbaycanla Suriya arasında daha geniş əlaqələrinin qurulmasının vacibliyi qeyd olundu. Bakı-Axalkalaki-Qars dəmiryol xətti işə düşəndən sonra Azərbaycanla Suriya arasında birbaşa dəmiryol əlaqəsi olacaq. Bu da mal dövriyyəsini artıracaq”, - deyə Məmmədyarov bildirib.

XİN başçısı görüşdə Suriyaya səfər edən azərbaycanlıların Hələbdə şəhərində Imadəddin Nəsiminin məqbərəsini ziyarət etməsi də diqqətə alınıb: “Məkumdur ki, Azərbaycanının dahi şairi Nəsiminin qəbri Suriya ərazisindədir. Azərbaycan vətəndaşları Suriyaya gedəndə Nəsiminin qəbrini ziyarət etmək istəyirlər. Görüşdə azərbaycanlıların Nəsiminin qəbri üstündə tədbirlər keçirməsinə şərait yaradılması məsələsi də müzakirə olundu».
 
Valid Əl-Muallim isə deyib ki, görüşdə Suriya prezidenti Bəşər Əsədin Azərbaycana gözlənilən səfərinə hazırlıq məsələləri müzakirə olunub: «Bu səfər iki ölkə arasında inkişaf edən əlaqələrin genişlənməsi təməlini qoyacaq».

Dağlıq Qarabağ münaqişəsinə toxunan suriyalı nazir qeyd edib ki, onun ölkəsi münaqişənin beynəlxalq prinsiplər çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir: «Suriya beynəlxalq hüquq normalarına, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə hörmətlə yanaşır. Suriya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Qarabağ münaqişəsinin həll olunması üçün Azərbaycan və Ermənistan indiyə qədər siyasi iradə göstərib və ümid edirəm ki, iki ölkənin dövlət başçılarının Sankt-Peterburq görüşü danışıqlar prosesinə müsbət təsir göstərəcək».

Valid Əl-Muallim Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşən və müxtəlif cinayətlər törədən, Suriya vətəndaşı olan ermənilərin məsuliyyətə cəlb edilməsinə dair suala konkret cavab verməyib: «Suriyada yaşayan ermənilər ölkənin tam hüquqlu vətəndaşlarıdır». 

Qeyd edək ki, Suriyanın xarici işlər naziri Azərbaycandan əvvəl Ermənistanda (1-2 iyun) səfərdə olub. Bu ay Suriya prezidenti Bəşər Əsədin Ermənistan və Azərbaycana səfər edəcəyi gözlənilir.

www.azerbaycanli.org

Xəbərlər
Redaktorun seçimi