“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 15:39
1470

Mirzə Məmmədqulu Təbib (1819-1875)

A- A+

Mirzə Məmmədqulu bəy Molla Həsən bəy oğlu Qayıbov - şair, həkim.

Mirzə Məmmədqulu bəy Molla Həsən bəy oğlu Təbib (Qayıbov) 1819-cu ildə Şuşa şəhərində dünyaya göz açmışdı.

İbtidai təhsilini atasından almışdı. Atasının vəfatından sonra anasının və əmisinin himayəsində böyümüşdü. Anası oxumağa həvəsini görüb, onu İsfahana göndərir. İsfahanda Məmmədqulu bəyi mədrəsədə yer olmadığını bəhan gətirib qəbul etmək istəmirlər.

Bunu görən Məmmədqulu bəy su ilə tam dolu piyaləyə bir güıl yarpağı atır, bunun nə demək olduğunu soruşan müəllimlərə Məmmədqulu bəy belə cavab verir: "Görürsünüzmü, bir gül yarpağı, dolu piyaləni daşırtmadı, məgər bir adam, belə böyük bir mədrəsə üçün artiq ola bilərmi?".

Uşağın bu fərasətini görən rəhbərlik onu mədrəsəyə qəbul edir. Məmmədquli bəy təhsilini müvəffəqiyyətlə başa vurub, tibb elminə sahib olur. Onu yüksək savadına görə şah sarayında həkim vəzifəsində saxlamaq istəyirlər.

Lakin vətənə, doğma yurda, ailəyə olan məhəbbəti onu dəbdəbəli saray həyatını qoyub, doğma Qarabağa çəkib gətirir. Mirzə Məmmədqulu bəy Gövhərnisə bəyim ağa İbrahimxəlil xan qızı Cavanşirin şəxsi həkimi və vəqfinin mütəvəllisi idi. Gövhərnisə bəyim ona Darğalı mülkündə xeyli torpaq ayırmışdı.

Mirzə Məmmədqulu bəy sonra Xurşidbanu bəyim Sarıcalı-Cavanşirin və Bəhmən mirzə Qovanlı-Qacarın yanında həkim kimi çalışmışdı. Mirzə Məmmədqulu bəy Təbib 1875-ci ildə vəfat edib.

Mirzə Məmmədqulu bəyin Məsum bəy, Cavad bəy adlı oğulları vardı.

Mirzə Məmmədqulu şair idi. "Həkim" və "Təbib" təxəllüsləri ilə şeirlər yazırdı.

* * *

Yaradıcılığı

 

Pərişan zülfünü mah üzrə canan sayiban eylər,

Cahan əhli odur kim, ay tutulacaq min fəğan eylər.

 

Görəndə zülfi-pürtabı məh üzrə mürği-dil hərdəm

Sanır kim, mari-əfidir, onunçun əlaman eylər.

 

Qaşın tiğ, müjgən peykən, durublar qasdi-can üzrə,

Ləbin bir abiheyvandır, həyatı cavidan eylər.

 

Rəqibi məhrəmi-kuyin görəndə aşiqi-zari,

Həsəd bir dəfədə ya öldürər, ya nimcan eylər,

 

Üzarım atəşindən qorxaram yandırsa üşşaqı,

O bir oddur, ona düşgəc Xəlilə gülsitan eylər.

 

Təbibülvəqt xoşbəxtdir belə şer kəzafından,

Ki, məqbulu-huzuri-həzrə ol natəvan eylər.

* * *

Mənbə:

Ənvər Çingizoğlu. Məhəmmədxan ağanın törəmələri. "Soy" dərgisi, 1 (4), 2005.

 

Xəbərlər
Redaktorun seçimi