“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 15:29
1412

Mirzə Sadıq Piran (1822-1893)

A- A+

Şair, xanəndə Mirzə Sadıq İmanxan oğlu Piran 1822-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Dizaq mahalının Rəfəddinli kəndindəndir (indiki Füzuli rayonu).

İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi.

Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Gözəl səsi vardı. Arabir toylarda oxuyurdu.

Mirzə Sadıq Piran 1893-cü ildə vəfat edib.

* * *

Mirzə Sadıq şair idi. Piran təxəllüsü ilə şeirlər qələmə alırdi. "Məclisi-üns" ədəbi yığnağın üzvü idi. Bu məclisin üzvləri təxəllüs seçərkən onun qabağında təntənəli surətdə and içirdilər.

Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə və başqa təzkirəçilər, tədqiqatçılar ondan bəhs etmişlər.

Mir Möhsün Nəvvab onun haqqında yazır: "Mirzə Sadıq İmanxan oğlu Qarabağın Şuşa şəhərindəndir. Farsca savadı var. Cavanlığının əvvəlində xanandə olub. İndi mərhum Mehdiqulu xanın qızı Xurşidbanu bəyimin dərgahında, onun səxavəti sayəsində güzəran keçirir".

* * *

Yaradıcılığı

 

Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,

Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.

 

İki kafərdi, ya kim, hər biri bir tiğ-i xunəfşan,

Çəkib qətl eyləyirlər bir müsəlmanı qara gözlər.

 

Sanasan məst hindudur, girib yaya kaman eylər,

Ata üşşaqə bir-bir tir-i müjkani qara gözlər.

 

Edən dəm əqd-i can ol iki Türk-i şux-i sərməsti,

Biri xəncər çəkər, ol biri pünhani qara gözlər.

 

Sənin eşqində, ey şux, eyiəyir vird-i zəban Sadiq,

Olum ol qəmzə-yi xunriz, qurbanı, qara gözlər.

* * *

Mənbə:

Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı: 1998, 560 səh.

 

Xəbərlər
Redaktorun seçimi