“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 10:44
424

Hacı Abbas Agah (1841-1892)

A- A+

Hacı Abbas Hacı Məhərrəm oğlu Hüseynov 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi. Ticarətə məşğul olmuş, II gildiya dərəcəsini almışdı.

Hacı Abbas Şuşa ədəbi mühitində tanınmış şairlərdən idi. Agah təxəllüsü ilə ruhsar şeirlər qələmə alırdi.

Şuşa şəhərində böyük şairə Xurşidbanu Natəvan (1832-1891) tərəfindən əsası qoyulmuş "Məclisi-üns" ədəbi məclisi onun evində qərar tuturdu.

Hacı Abbas Agah 1892-ci ildə vəfat edib.

Əli adlı oğlu vardı. O da Mühərrir təxəllüsü ilə şeirlər yazıb.

* * *

Yaradıcılığı

 

Arizin görmək ilə tərk-i dil ü can etdim,

Bağrımı ləblərinin şövqi ilə qan etdim.

 

Tərk-i can eyləyibən hüsnünə mayil oldum,

Oəmü dərdini könül şəhrinə mehman etdim.

 

Küfr-i zülfün buraxıb dil, yüzünə mayil olub,

Şükrlillah kim, onu tazə müsəlman etdim.

 

Vəsl-i rüxsarını bu xəstə könül istər ikən,

Zövq-i müjkanını dil dərdinə dərman etdim.

 

Yetməyə ol xət-i rüxsarın üçün qərd-i rəhin,

Didədən əşq sər-i kuyinə əfşan etdim.

 

Müxtəsər olmadı, unvanı mütəvvəl yazdım,

Zülfünün şərhini sərdəftər-i divan etdim.

 

Küfr-i zülfünlə tutub üns könül müddətdir,

Ol səbəb tərk-i rəh-i din ilə iman etdim.

 

Görəli gün kimi rüxsarını min izzət ilə,

Gətirib mehrini dil mülkünə sultan etdim.

 

Agahı tərk eləyib qeyri ilə tutdun ülfət,

Bivəfa yar, səninlə belə peyman etdim?

* * *

Mənbə:

Ənvər Çingizoğlu. "Şuşa" qəzeti, 2007.

 

Xəbərlər
Redaktorun seçimi