Molla Bəyməmməd Bülbül (1837 - ?)
Kərbəlayı Murad oğlu Yağləvəndli-Cavanşir — şair, axund.
Molla Bəyməmməd Kərbəlayı Murad oğlu Bülbül (Yağləvəndli-Cavanşir) 1837-ci ildə Qarabağın Cavanşir-Dizaq mahalının Yağləvənd obasında (indiki Füzuli rayonunun kədi) anadan olmuşdu.
İbtidai təhsilini molla yanında almışdı. Sonra Ərdəbil şəhərində mədrəsədə təhsilini davam etdirmişdi.
Yaradıcılığına mədrəsə illərində başlamışdı. “Bülbül” təxəlüsü ilə şeirlıər yazıb. Çağdaşı olduğu Qarabağ şairlərinin çoxları ilə yazışmaları qalıb.
Molla Bəyməmməd Bülbül Xurşidbanu Natəvanın başçılıq etdiyi Məclisi-üns şairlər yığnağının üzvü idi.
Şair Baxış bəy Səbur onu həcv edib. Farsca yazdığı həcvlərdə Bülbülü tənqid edirdi.
Sətri tərcüməsi:
Ey Bəyməmməd, istedadın olmadığından şeirdən əl çək,
Nə vaxta qədər xam xəyal edəcəksən ki, gözəl təbin var?
Sənin söz gözəlin sənə heç vaxt ürək verməz,
Sən paxıllıq divisən, söz isə hurisifətdir...
Molla Bəyməmməd Bülbülün Canməmməd, Alməmməd, Dostməmməd, Məstəli, Hacməmməd və Şirməmməd adlı oğulları vardı.
* * *
Mənbə:
Ənvər Çingizoğlu. Molla Bəyməmməd Bülbül. "Soy" dərgisi, 2 (7), 2007.