“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.12.2014, 18:15
37

Xudadat bəy Fuladov (1844-1872)

A- A+

Xudadat bəy Fuladov böyük satirik şair Qasım bəy Zakirin nəvəsi, dövrün tanınnmış şairləri olan İbrahim bəy Azər (1836-1885) və Abdulla bəy Asinin (1841-1874) qardaşlarıdır.

* * *

Zakir “Ailə məktəbi”nin məzunu”

Fuladov familiyası ilə məşhur olan üç qardaşdan biri də 1844-cü ildə Şuşada anadan olmuş ailənin son beşiyi Xudadat bəy idi. “Əli bəy vəfat edəndən sonra dörd səğir uşağı qaldı. Bu balalara Zakirdən başqa, bir münasib pərəstar yox idi. Odur ki, Zakir də naçar qalıb qəyyum oldu. (Rza qulu Cavanşir).

Əli bəy Fuladovun uşaqlarını, yəni Qasım bəy Zakirin qız nəvələrini – İbrahim bəyi, Abdulla bəyi və Xudadat bəyi babaları öhdəsinə götürüb, onlara öz doğma balaları kimi baxmağa başladı. Nəvələrinə “ailə məktəbi”ndə təlim-tərbiyə verdi, savad öyrətdi, şerə, sənətə məhəbbət oyatdı, bir sözlə qayğıkeşliklə böyüdüb ərsəyə çatdırdı. Bu nəticədə də hər üç qardaş – Zakir “ailə məktəbi”nin “məzunları” gələcəyin tanınmış şairləri oldular və Qarabağ poeziya məktəbinin layiqli davamçılarına çevrildilər.

Dövran elə gətirmişdi ki, bu üç qardaşın uşaqlığı və gənclik illəri Qasım bəy Zakirin dolanışığı nisbətən yaxşı olan vaxtlara düşmüşdü. İyirmi evdən ibarət olan Xırdırıstan kəndinin gəliri Qasım bəy ailəsini hər cəhətdən dolandırırdı.

Elə şair həyatının son dövrlərində yazdığı “Qocalıq” şerində gün-güzaranının firavam keçdiyini və nəvələrindən razı qaldığını bildirirdi:

 

Zakirəm, türfə xiyaban ilə bağım vardır,

Yatmağa, durmağa zəngin otağım varlır,

Nə qədər aşü-plov yesə qonağım, vardır

Yaxşı nəvvadələrim, oğul-uşağım vardır,

Yoxdu bir özgə qəmim, fikri-xəyalım, qocalıq.

 

Xudadat bəy evin son beşiyi olduğu üçün babası daha çox mehrini ona salmışdı. Qasım bəy vəfat edənə qədər nəvəsi onun yanında yaşamış, ev və təsərrüfat işlərində əlindən tutmuş, göməklik göstərmişdi.

O da böyük qardaşları kimi Şuşada fəaliyyət göstərən ədəbi və musiqi məclislərində iştirak edir, Qarabağın tanınmış ədəbiyyat və incəsənət xadimləri ilə oturub-durur, görüb-götürürdü. İlk dəfə qələm tutub, şeir yazmağı babasından öyrənsə də, Şuşa məclislərində iştirakı onu daha da püxtələşdirmiş, əsl şair səviyyəsinə yüksəktmişdi.

Şair və musiqişünas Mir Möhsün Həvvab özünün “Məclisi-fəramuşan” adlı ədəbi dərnəyini təşkil edən vaxtlar artıq Xudadat bəy bir şair kimi tanınmışdı.

Xudadat bəy Fuladovun böyük şair qardaşları ədəbi təxəllüs qəbul etmişdilər (İbrahim bəy “Azər”, Abdulla bəy isə “Asi” təxəllüsü ilə yazırdı), o isə təxəllüs götürməmişdi. Şeirlərinə sadəcə olaraq ad-familiyasını qoyurdu.

Xudadat bəy təkcə Qarabağda yox, ondan kənarda – Gəncədə, Şamaxıda, Ordubadda, Barıda, Lənkəranda da şair kimi tanınır və bir çox şairlərlə dostluq əlaqələri saxlayırdı. Satirik şairimiz Seyid Əzim Şirvani onu şəxsən tanıyır və yaradıcılığını yüksək qiymətləndirirdi.

Xudadat bəy Fuladov da qardaşları kimi çox qısa ömür sürmüş, 28 yaşında vəfat etmişdir.

Vasif Quliyev,

yazıçı-jurnalist

 

Xəbərlər
Ermənilərin yerlə-yeksan etdikləri Cəbrayılda tikdikləri “ibadətgah” işğalçılığın nümunəsi idi

26.03.2021, 14:00 18

Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

19.03.2021, 13:00 72

Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı keçirilib

30.01.2021, 19:00 351

Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə – bizim dəmir yumruğumuzu bir daha görəcək

15.01.2021, 15:00 407

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

06.01.2021, 10:00 71

Zəfər gətirən ildən yeni zəfərlərə doğru

31.12.2020, 11:00 350

Cəbrayılın azad olunması uğrunda canından keçən igidlər

26.12.2020, 17:00 419

Azərbaycan bu məsələni özü həll etdi, halbuki Minsk qrupu 28 il mandata sahib idi

13.12.2020, 09:00 580

"Mən müstəqilliyi Azərbaycan xalqı üçün ən böyük nailiyyət hesab etmişəm"

12.12.2020, 12:00 1306

Vətən müharibəsinin möhtəşəm finalı

11.12.2020, 11:00 597

Alban-udi dini icmasının nümayəndələri Kəlbəcərdəki Xudavəng monastırını ziyarət ediblər

05.12.2020, 12:00 534

Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad ediblər

04.12.2020, 17:00 455

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb

04.12.2020, 14:00 352

Cənubi Qafqaz təhlükəsizlik və əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur

03.12.2020, 10:00 337

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

01.12.2020, 17:00 126

Redaktorun seçimi