“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 10:55
769

İbrahim bəy Azər (1836-1885)

A- A+

İbrahim bəy Əli bəy oğlu Azər (Fuladov) 1836-cı ildə Şuşada doğulmuşdur. Qasım bəy Zakirin nəvəsi, Abdulla bəy Asinin boyuk qardaşıdır.

İbrahim bəy Mehdiqulu xanın tərbiyə va himayəsində böyümüşdür.

İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu, fars və rus dillərini gözəl bilirdi. Qəsa idarəsində fəaliyyətə başlamış, II dərəcəli dəftərxana xidmətçisi, dilmanc, polis pristavı vəzifələrində çalışmışdı. Quberniya katibi çini almışdı.

1885-ci ildə vəfat etmişdir.

Azər təxəllüsü ilə şeirlər yazırdı. Mir Möhsün Nəvvabın təşkil etdiyi "Məclisi-fəramuşan"ın ("Unudulmuşlar məclisi") fəal iştirakcılarından idi.

İbrahim bəy Azər klassik uslubda Azərbaycan və fars dillərində yazmış, lakin əsərlərinin az hissəsi qalmışdır. Burada verilən nümunələr Firidun bəy Kocərlinin "Azərbaycan ədəbiyyatı" (II cild, 1981) və "Poetik məclislər" (1987) kitabından götürülmüşdür.

* * *

Qəzəllər

 

Ahu kimi baxanda o məstanə gözlərin,

Baxdıqca eyləyir məni divanə gözlərin.

Fərhad kimi mən kimiyə dağı dəldirir,

Şirin baxışlı, Xosrova xubanə gözlərin.

Hər dəm ki, istəsə baxa bir kəc nigahilə,

Yüz min könül yıxar yenə cananə gözlərin.

Zənciri-eşqini salıban boynuma mənim,

Bak etməyib cəkər məni hər yanə gözlərin.

Eşqin edibdi Azəri-dilxəstəni cunun,

Məcnunsifət salı bu biyabanə gözlərin.

* * *

Məgər, ey bivəfa, hec yar olanlar yarı sormazlar?

Əsiri-möhnəti-qürbət olan biman sormazlar?

Məgər qayib olan yarı xəyala bir gətirməzlər?

Məgər gözdən düşüb yaddan cıxan əfkarı sormazlar?

Qəmi-zulfu rusunla gecə-gunduzum kecir yeksan,

Məgər, ey əhdu peymansız, belə qəmxarı sormazlar?

Səba, izhar qıl ol qoncələb yarə bu peyğamım,

Nolub rəsmi-vəfa butlərdə, bu əsrarı sormazlar?

Təəccüb kim əzəl katiblərindən bu vəfa əhu

Necün yoxdur vəfa butlərdə, bu əsrarı sormazlar?

Xəyali-nərgisi-məstuqəmi-zulfi-siyahınla

Gecələr sübhədək fəryad edən biman sormazlar?

Nə cox izhari-hal eylərsən, ey Azər, bu adətdir

Kim, istiğnalı sultanlar gədayi-xan sormazlar!

* * *

Nə qəddir bu, nə qamətdir, sərapa şux rənadır,

Və yainki qiyamətdir ki, aləm icrə bərpadır.

Tənabi-zülfü göz cəlladı tutmuş yüz kəşakəşlə,

Cəkirlər dara mən divanəni, bir xoş təmaşadır.

Ərəqdir arizində, yoxsa şəbnəmdir gülə duşmuş,

Düzülmüş ya ki, məh ətrafına iqdi-Surəyyadır?

Dəhanın nöqteyi-mövhumdur, ya qöncədir, bilməm,

Bunu kəşf eyləmək olmaz ki, bir müşkül müəmmadır.

Deyirlər ildə bir yol gün Əsəd bürcünə nəql eylər,

Bu nə xurşiddir daim Əsəd bürcündə peydadır?!

Sevib Əzranı Vamiq, Leylini Məcnun, olub rüsva,

Sənin eşqində, dilbər, Azəri-divanə, rüsvadır.

* * *

Arizin göstər gülə gülşəndə həmralənməsin,

Qəddi-rəna qarşısında sərv bəlalənməsin.

Zulu-mişkini-musəlsəldə xəcil qıl sünbülü,

Ceşmi-məstin nərgisə gostər ki, şəhlalənməsin...

Mahi-nov kimdir günəş rüxsarın ilə bəhs edə,

Bir kəsinti dırnağınla hic qurralənməsin.

Cün könül məhbusdur zülfündə, gəl bir rəhm qıl,

Vurma əl zəncirə zindan əhli qovğalənməsin.

Gər sənin eşqində Azər olsa rüsva, eybi yox,

Kuhkən Şirindən ötrü necə rüsvalənməsin?!

* * *

Mənbə:

XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.

 

 

Xəbərlər
Redaktorun seçimi