“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.06.2014, 16:08
1753

Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit

A- A+

Milli ideologiya sahəsindəki boş­­luq­lardan istifadə edərək hər hansı kiçik qrup və ya bir neçə nəfər öz şəxsi ma­raq­larını milli ideologiya kimi qələmə verirlər...

Faiq Ələkbərov

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru 

Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra (1991) milli ideologiyanın müəyyənləşməsi ilə bağlı axtar­ışlar başlasa da, bu günə qədər ideoloji məsələlərdə mövcud olan boşluqlar öz yerini doldura bilmədiyi üçün, məsələnin tədqiqi öz aktuallığını qoruyub saxlayır. Ötən 20 il ərzində Azərbaycan cəmiyyəti daxilində müxtəlif ideologiyalara - azərbaycançılıq, türkçülük, millətçilik, is­lam­­çılıq və s. meyil­lər olsa da, həmin ideologiyalardan heç biri, hələlik tələb olunan səviyyəyə çata bilməmişdir. Bir sözlə, indiyə qədər, bu problemin həlli istiqamətində edilən cəhdlər, demək olar ki, öz məntiqi sonluğuna çatmamışdır.

Əksinə, illər ötdükcə milli ideologiya problemi cəmiyyətin müx­təlif təbəqələrində daha geniş şəkildə müzakirə olunur və bu problemin həlli is­tiqamətində yeni-yeni mülahizələr, fi­kir­lər ortaya atılır. Bu problemin öz qəti həllini tapa bil­mə­məsinin nəticəsidir ki, milli ideologiya sahəsindəki boş­­luq­lardan istifadə edərək hər hansı kiçik qrup və ya bir neçə nəfər öz şəxsi ma­raq­larını milli ideologiya kimi qələmə verirlər.

Ümumiyyətlə, Azərbaycan ictimai-siyasi və fəlsəfi fikir ta­rixində milli ideologiya problemini aktuallaşdıran başlıca mə­sələləri aşağıdakı kimi qruplaşdırmaq olar:
 

1. Sovetlər Birliyinin dağılması ilə meydana çıxan ideo­logiyalar - azərbaycançılıq, millətçilik, türkçülük, islam­çılıq, mo­­dernləşmə və b. haqqında elmi ədəbiyyatlarda mü­əy­yən qə­dər bəhs olunsa da, milli ideologiyanın mahiyyət­inin, mə­na­­sının izahı baxımından həmin ideologiyaların əsa­sən, ox­şar və fərqli cəhətləri açılmamış qalmışdır. Bu məsələ­lərə həsr olunmuş ədəbiyyatlardan tam şəkildə aydın olmur ki, azərbaycançılıq, türkçülük, millətçilik, islamçılıq, vətən­çi­lik və s. hansı cəhətlərinə görə bir-birini inkar və ya iqrar edir. Əgər bütün bu ideologiyalar - azərbaycançılıq «Azər­bay­can», millətçilik «millət», türkçülük «türk», vətənçilik «və­tən», islamçılıq «islam» və b. adlara uyğun anlayışlar əsa­sın­da yaranıbsa, onda belə çıxır ki, həmin ideologiyaların ma­hiyyət, məna və məzmunu deyil, ancaq hansı adla ad­lan­dı­rıl­ma­sı mühüm əhəmiyyət kəsb etmişdir. Əslində isə ayrı-ayrı ad­larla ifadə olunan bu ideologiyaların əksəriyyəti ma­hiy­yəti, məzmun və formasına görə, ciddi şəkildə bir-bi­rin­dən fərq­lənmirlər. Bu günün özündə də azər­bay­can­çılığı, mil­lət­çi­li­yi, islamçılığı, vətənçiliyi, türkçülüyü və baş­qa­larını eyni­ləş­di­rənlər var. Deməli, hazırda milli ideo­lo­gi­ya­nın mü­əy­yənləşməsində əsas problem möv­cud ideyalardan birinin se­çilərək yerdə qalanların tamamilə in­kar edilməsi deyil, hə­min ideyalardan konkret hansının apa­rı­cı mövqeyə malik ol­ma­sı və başqalarını öz ətrafında bir­ləş­dirə bilməsi ilə bağ­lı­dır. Hansı ideyanın aparıcı və birləşdirici mövqeyə ma­­lik ola biləcəyi məsələsinə gəldikdə, hər hansı bir ideyanı (azər­bay­can­çılıq, türkçülük və b.) müdafiə edən­lər müxtəlif arqu­ment­lər irəli sürürlər. Bu zaman müəyyən bir ideyanı mü­da­fiə etmək, əsaslandırmaq üçün ortaya atılan mü­la­hi­zə­lər çox vaxt tarixilik, elmilik, fəlsəfilik və sairdən uzaq olur. Bu ba­xım­dan bugünkü ədəbiy­yatda həmin ideo­lo­gi­ya­la­rın tarixi, elmi-fəlsəfi təhlilinin verilməsi zəruridir. Fik­ri­miz­cə, milli ideologiyanın hədəfini müəyyənləşdirərkən adın ca­zi­bə­sin­dən daha çox ideyanın mahiy­yəti, o cümlədən mil­lə­tin keç­miş­lə bağlı milli mənəvi dəyərlər və onu inkişafa apa­racaq xü­susiyyətlər nəzərə alın­malıdır. Bu zaman milli ideo­lo­gi­ya­nın təkcə adı, forma və məzmunu baxımından ge­niş­liyi və hər­tərəfliyi deyil, mənşəyi, təşəkkülü və təkamülü də düzgün mü­əyyənləşdirilməlidir.

2. Mövcud ideologiyalardan hər hansı birinin Azər­bay­can xalqı arasında arzu olunan səviyyəyə qalxmamasının sə­bəb­lərindən biri də həmin ideologiyaların hansı ideyalar­dan qaynaqlanmaları, daha doğrusu, onlarda millətin mə­nəvi də­­yər­lərinin hansı şəkildə öz əksini tapması və milli sər­vət­lə­rin xalqa necə təqdim olunması və s. ilə bağlıdır. Şüb­həsiz, hər bir xalqın milli ideologiyası özünəməxsusluğu ilə seçil­mə­li, millətin həyatında müstəsna rol oynamalıdır. Milli ide­o­logiya kimi irəli sürülən hər hansı bir ideyanın ölkədə ya­şa­yan vətəndaşların əksəriyyəti tərəfindən qəbul edilməsi üçün say­ca çoxluq təşkil edən millətin mənəvi dəyərləri - onun mən­şəyi, mədəniyyəti, dili, adət-ənənələri, dini-fəlsəfi dün­ya­görüşü geniş və aydın şəkildə cəmiyyətə izah edilməli, hə­min millətlə azlıqda qalan etnik qruplar arasında sosial, si­ya­si, mədəni, iqtisadi, dövlətçilik və s. əlaqələr göstəril­mə­li­dir.

Ən başlıcası isə Azərbaycan xalqının etnogenezi, dili və bu xalqın formalaşması, «Azərbaycan» sözünün izahı, Azər­bayc­an xalqının islamaqədərki və sonrakı dini-fəlsəfi dün­ya­görüşü məsələlərinə elmi-fəlsəfi baxımdan aydınlıq gətiril­mə­lidir. Çox təəssüflər olsun ki, Sovetlər Birliyi dövr­ündə ide­­o­lojiləşdirilən bu məsələ­lərə müstəqillik dövründə də «Azər­baycan tarixi», «Azər­bay­can ədəbiyyatı tarixi», «Azər­­­­baycan fəlsəfəsi tarixi», «Azərbaycan dili tarixi» və s. kitablarda, eləcə də bu mövzu­ya həsr edilmiş bir çox mo­no­qra­fiyalarda həmin yöndən yanaşılaraq elmlilik və oybektivlik yenə də unudulur. Halbuki, Sovetlər Birliyin­dən xilas olan və özünü Azərbaycan Cümhuriy­yətinin varisi elan edən bir mil­lət üçün, ilk növbədə, həqiqi elmi problemlərlə ideoloji «elmi problemlər» bir-birindən fərqlən­di­ril­məli idi. Yəni sonuncu «elmi problemlər» SSRİ-nin ideo­lo­ji təxribatı, imperiya maraqları kimi cəmiyyətə izah olu­na­raq tarixin arxivinə atılmalı idi. Fikrimizcə, bu məsələnin obyektiv şəkildə elmi həlli də aktual məsələlərdən biri ola­raq qal­maq­dadır.
 

3. Milli ideologiya probleminin öyrənilməsini aktual edən səbəblərdən biri də, Azərbaycanda milli ideologiyanın təşəkkülündə və inkişafında Şərq və Qərb nəzəriyyələrinin yeri və rolu məsələsidir. Şərq-Qərb problemi həm milli ideo­lo­giyanın təşəkkülündə, həm də inkişaf mərhələlərində çox mühüm yerlərdən birini tutmuşdur. Əgər milli ideologiya­­nın təşəkkülü və formalaşması məsələlərində islam Şərqi, o cüm­lədən Azərbaycan türk mədəniyyəti və milli mənəvi dəyərlər birinci və başlıca təmayüldürsə, Qərb mədəniyyəti və mo­dern­ləşmək ikinci bir isti­qa­mət­dir. Milli ideologiyanın tə­şək­kül və inkişaf mərhələ­lərinə nəzər saldıqda görürük ki, bu iki axın-cərəyan vaxtilə onun formalaşmasına bu və ya di­gər dərəcədə təsir göstər­miş və indi də göstərməkdədir. Bu baxımdan milli ideolo­giya­­dan danışarkən çağdaş dünyanın li­beralizm, demokratikləşmə, modernləşmə və s. kimi ideya­la­rın­dan, eləcə də islam Şərqi mədəniyyətindən istifadə ol­un­malı­dır. Ümumilikdə, milli ideologiya həm millətin mə­də­­n­iy­­yətinə, dilinə, dininə, adət-ənənələrinə, psixolo­gi­ya­sı­na, həm də bəşəri dəyərlərə, o cümlədən demokra­tik­ləş­mə­yə, so­sial bərabərliyə, modernləş­məyə və b. zidd olmama­lıdır. 
 

4. Hazırda milli ideologiyanın nə vaxt təşəkkül tapması məsələsində də bir-birinə tamamilə zidd fikirlər irəli sürülür ki, bu da, problemin öyrənilməsini aktuallaşdırır. Maraqlı­dır ki, mövcud olan elmi, fəlsəfi, siyasi, sosioloji və s. ədəbiyyatlarda Azərbaycanda ideologiyanın miladdan öncə yarandığını iddia edənlər və az qala onun 15-20 il bundan öncə formalaşdığını irəli sürənlər də var. Bu isə onu göstərir ki, milli ideologiyanın təşəkkülündə konkret olaraq hansı ideyanın əsas kimi götürülməsindən, həmin ideyanın məna və məzmunundan çox asılıdır. Azərbaycan xalqının milli ideologiyası kimi vahid ideya olaraq «Azərbaycan», «türk», «millət», «vətən», «islam» və digər hər hansı bir, yaxud da bir neçə ideyanı qəbul etmək, onun yaranma tarixini nə qə­dər irəliyə və yaxud geriyə çəkə bilər. Məsələn, «Azər­bay­can» ideyasını əldə rəhbər tutan bəzi ideoloqlar azər­bay­can­çı­lıq ideologiyasının müstəqilliyimizin bərpasın­dan sonra, başqaları XIX əsrin sonu - XX əsrin əvvəllər­ində, bir qismi XVI əsrdə, digərləri VIII-X əsrlərdə, bir qrup isə hətta e.ə. IV əsrdə yarandığını iddia edirlər. 
 

5. Milli ideologiya probleminin öyrənilməsini aktual­laş­dı­ran faktorlardan biri də dövlətçilik ideologiyası ilə bağ­lı­lı­ğı­dır. Çünki hər bir xalqın milli ideologiyası ilk növbədə, və­tən­daşların öz dövlətinə nə dərəcədə bağlı olması ilə müəy­yən­ləşdirilir. Çox təəssüflər olsun ki, bu gün Azərbaycan cə­miy­yətində həmin məsələ ilə bağlı ciddi qüsurlar var. İstər yaşlı, istərsə də gənc nəslin dövlətçilik tarixi ilə bağlı bilik­lə­ri, dövlət rəmzlərinə olan münasibətləri və s. istənilən sə­viy­yə­də deyil. Şübhəsiz, bunun üçün dövlətçilik ideologiyasının ma­hiyyəti doğru izah olunmalı, gənc nəslə vaxtında biliklər verilməlidir.
 

6. Milli ideologiya problemini aktuallaşdıran amil­lər­dən biri də akademik nəşrlərdə və digər formada çap olun­muş onlarla, yüzlərlə ədəbiyyatda Azərbaycan xalqının tari­xi, fəlsəfə tarixi, mədəniyyəti, etnogenezi, dili, dini-fəlsəfi dün­yagörüşü və s. öz əksini bir-birinə zidd olan məsələlərdə tap­mışdır. Şübhəsiz ki, bütün bunlar vətəndaşların, o cüm­lə­dən gənc nəslin doğru-dürüst bilik almasında mənfi rol oy­na­yır. Çox təəssüf doğuran hal odur ki, indiki təd­qi­qat­çı­la­rın bir qismi heç bir araşdırma aparmadan, əsas mənbələrə müraciət etmədən və s. Sovetlər Birliyi dövründə «möhürü v­u­rulmuş» ideyalara, yaxud da tədqiq etdikləri mövzularla bağ­lı hansısa tədqiqatçıların gəldikləri qənaətlərə heç bir iza­hat vermədən, onların üzünü-surətini bir çox iqtibaslarla bə­zən olduğu kimi, bəzən isə cüzi dəyişikliklərlə köçürərək öz fikirləri kimi çap etdirir və bununla da yeni-yeni dis­ser­ta­si­yalar, monoqrafiyalar, kitablar işıq üzü görür. Həmin ki­tab­ları əvvəlkilərlə müqayisə etdikdə görürük ki, bəzi təd­qi­qatçıların bu cür «əsərləri» bir-birinin əsasən təkrarı, yaxud da cüzi dəyişikliklərlə, mövzuya uyğun ola­raq dəyişilmiş variantlarıdır. Bunun nəticəsidir ki, bəzi təd­qi­qatçılar Azər­bay­can xalqının ideologiyası, etnogenezi, dili, bu xalqın for­ma­laşması, dini-fəlsəfi dünyagörüşü və s. mə­sələlərlə bağlı elmi tədqiqatlara əsaslanan yeni bir söz demək əvəzinə özündən əvvəlkiləri təkrarlamaqla kifayət­lə­nirlər. Bu möv­zu­ya müraciət etməyimizin əsas səbəblərindən biri də məhz bu cür anlaşılmaz, qarışıq, təkrarçı, bəzi hal­lar­da isə pla­giat­çı mülahizələrə, fikirlərə aydınlığın gətirilməsi yolunda bir cəhddir.
 

7. Fikrimizcə, milli ideologiya problemi çərçivəsində «mil­li konsepsiya» məfhumuna da aydınlıq gətirilməli, onun başqa anlayışlarla oxşar və fərqli cəhətləri göstərilməlidir. Ümumiyyətlə, «milli konsepsiya» dedikdə, nəyin nəzərdə tu­tul­duğu və bütün digər məsələlərə də aydınlıq gətrilməlidir.

Göründüyü kimi, Azərbaycan-türk xalqı 1991-ci ildə müs­tə­qil­li­yini bərpa edərək özünü 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin varisi elan etmiş olsa da, indi də bir-birinə daban-dabana zidd olan nəzəriyyələr, müla­hi­zə­lər xalqın milli ideologiyasının formalaşması prosesində öz rolunu qoruyub saxlayır. Bu isə, özünü Azərbaycanın ta­rixinə, mədəniyyətinə, fəlsəfəsinə, ədəbiyyatına və s. həsr edil­miş elmi-kütləvi nəşrlərdə, xalqın hansı ideologiyaya əsas­lanması ilə bağlı yazılan kitablarda özünü büruzə verir. 

 

 

Xəbərlər
Redaktorun seçimi