“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.01.2013, 09:57
1355

5 yanvar

A- A+

5 yanvar 1884 - Opera müğənnisi, teatr xadimi Əhməd Ağdamski Şuşada doğulub...

Azərbaycan

 

5 yanvar 1884 - Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 1884 - 1.4.1954) Şuşada doğulub. Üzeyir Hacibəylinin xalası oğludur. Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda qadın rollarını (o cümlədən "Leyli və Məcnun"da Leyli) oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib.

 

5 yanvar 1887 – Tanınmış tarzən, Əməkdar incəsənət xadimi Mirzə Mənsur Məşədi Məlik oğlu Mənsurov (1887 - 30.6.1967) аnаdаn оlub. Qəzəl və qoşmalar yazıb. Məşhur tarzən Ənvər Mənsurovun atası, Bəhram Mənsurovun əmisidir.

 

5 yanvar 1910 - Ədəbiyyatşünas Məmmədağa Sultan oğlu Sultanov (1910 - 19.1.1991) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. “Kəlilə və Dimnə” kitabından şeirləri, Füzulinin, Nəsiminin farsca yazdığı əsərləri dilimizə tərcümə edib.

 

5 yanvar 1927 – Yаzıçı Əlfi Səhlik oğlu Qаsımоv (1927-12.3.1985) Ağdam rayonunun Poladlı kəndində anadan olub. “Toy gecəsi”, “Adilənin taleyi” romanlarının, «Odlu ürək», «Ulduz karvanı», «Saçlar ağarsa da», «Məni qınamadın», "Şagird briqadaları", "Dnepr qəhrəmanı" kitablarının, "Qızburunda tək məzar" sənədli povestinin və s. əsərlərin müəllifidir.

 

5 yanvar 1927 - Yazıçı, şair, tərcüməçi Vidadi Yusif oğlu Babanlı Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində doğulub. “Dönüş”, “Təbrizdə bir gecə” poemaları, “Gəlin”, “Həyat bizi sınayır” (həmçinin eyniadlı filmin ssenarisi) povestləri, “Vicdan susanda”, “Müqəddəs ocaq” romanlarının müəllifidir.

 

5 yanvar 1949 - Əməkdar artist Kübra Əliyeva anadan olub. Teatr və televiziya tamaşalarında, “Sonuncu məhəbbət” (Ümbülnisə), “Güllələnmə təxirə salınır!” (Sonya) filmlərində çəkilib.

 

5 yanvar 1955 - Əməkdar artist Fərhad İsrafilov anadan olub. “Yeddi oğul istərəm” filmində Qəqəni rolu ilə məşhurlaşıb. “Evlənmək istəyirəm”, “Doğma sahillər” və s. filmlərdə çəkilib. "Yuğ" Teatrında çalışır.

 

Dünya

 

5 yanvar 1921 - İsveçrə yazıçı-dramaturqu Fridrix Dürrenmatt (Friedrich Josef Dürrenmatt, 1921- 1990) anadan olub. Əsərləri: “Hakim və onun cəlladı”, “Ədalət mühakiməsi” psixoloji detektiv romanları, “Qoca qadının ziyarəti” pyesi və s. 

 

5 yanvar 1931 – Amerika aktyoru Robert Selden Düval (Robert Selden Duvall) anadan olub. Filmləri: “İncə mərhəmət” (“Oskar”, 1983), “Xaç atası”, “Apokalipsis bu gün” və s.

 

5 yanvar 1932 - İtalyan yazıçısı, filosof və tarixçi Umberto Eko (Umberto Eco; 1932 - 20.2.2016) anadan olub. Əsərləri: “Qızılgül adı”, “Fuko kəfgiri”, “Çariçə Loananın sirli alovu”, “Praqa məzarlığı” romanları, “Orta əsrlər estetikasının təkamülü”, “Açıq əsər” elmi tədqiqatları və s.  

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi