“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.01.2013, 10:03
1408

7 yanvar

A- A+

7 yanvar 1964 - Amerika kinoaktyoru, rejissor Nikolas Keyc anadan olub...

Azərbaycan

 

7 yanvar 1907 – Görkəmli geoloq, akademik Mirəli Seyidəli oğlu Qaşqay (1907 – 23.4.1977) Gəncədə anadan olub. Alimin "Azərbaycan əsasi və ultrasəsi süxurları", "Azərbaycan mineral suları", "Perlitlər və obsidianlar və onların fiziki-kimyəvi xüsusiyyətləri", "Daşkəsənin petrologiyası və metallogeniyası", "Alunitlər, onların genezisi və istifadəsi" və s. fundamental tədqiqat əsərləri dünya elminə qiymətli töhfədir.

 

7 yanvar 1927 - Filologiya elmləri doktoru, professor Yavuz İbrahimxəlil oğlu Axundlu Ordubad rayonunda doğulub. Azərbaycan ədəbiyyatında tarixi roman janrına dair tədqiqatların, “Məmməd Səid Ordubadi” , “Ədəbi portretlər” və s. kitabların müəllifidir.

 

Dünya

 

7 yanvar 1906 - Litva şairi və yazıçısı Antanas Ventslova (Antanas Venclova; 1906 -1971) anadan olub.

 

7 yanvar 1911 - SSRİ Xalq artisti, aktrisa Mariya Vladimirovna Mironova 1911-1997) anadan olub. Filmləri: “Volqa-Volqa”, “Biz sizinlə haradasa görüşmüşük” və s. Məşhur aktyor Andrey Mironovun anasıdır.

 

7 yanvar 1925 - İngilis yazıçısı, zooloq Cerald Darrel (Gerald Malcolm Durrell (1925 - 1995) anadan olub. Heyvanlardan bəhs edən 30-dan çox kitab və filmin müəllifidir. Yazıçı Lourens Darrelin qardaşıdır.

 

7 yanvar 1964 - Amerika kinoaktyoru, rejissor və prodüsser Nikolas Keyc (Nicolas Cage - Nicolas Kim Coppola) anadan olub. Məşhur kinorejissor Frensis Ford Koppolanın qardaşı oğludur. Kinoda öz adını təsdiqləmək üçün soyadından imtina edib. Filmləri: “Sifətsiz”, “Mələklər şəhəri”, “Ölüm öpüşü”, “Las-Veqası tərk edərkən” (“Oskar”, 1996) və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi