“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.01.2013, 09:40
1607

17 yanvar

A- A+

17 yanvar 1926 - Tanınmış şairə Mədinə Gülgün anadan olub...

Azərbaycan

 

17 yanvar 1921 - Azərbaycan Dövlət Dram Teatrının təntənəli açılış gecəsi keçirilib. Gecədə Azərbaycan SSR xalq maarif komissarı Dadaş Bünyadzadə və teatr binasının (indiki Musiqili Komediya Teatrı) keçmiş sahibi Hacı Zeynalabdin Tağıyev iştirak edib.

 

17 yanvar 1926 - Tanınmış şairə Mədinə Gülgün (Mədinə Nurulla qızı Ələkbərzadə; 1926 - 17.2.1991) Bakıda anadan olub. 1938-ci ildə ailəsi ilə Cənubi Azərbaycana köçüb, orada milli azadlıq hərəkatının (1941-1946) fəal iştirakçısı olub. 1947-ci ildə Bakıya gəlib. "Təbrizin baharı", "Təbriz qızı", "Xatirələrimin nəğməsi", "Dünyamızın sabahı" və s. şeir və poema kitablarının müəllifidir.

 

17 yanvar 1940 - Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Kamil Hətəm oğlu Quliyev anadan olub. 

 

17 yanvar 1951 - Filologiya elmləri doktoru, professor Sədi Şəfaqət oğlu Nuriyev Bərdə rayonunun Hacallı kəndində anadan olub. F.M.Dоstоyеvskinin yaradıcılığına dair tədqiqatların, “Dоstоyеvski və Şərq” monoqrafiyasının, digər kitabların müəllifidir.
 

17 yanvar 1992 – Azərbaycan Ali Sovetinin Milli Şurası 20 Yanvarın “Şəhidlər günü” elan olunması haqqında" qanun qəbul edib.

 

Dünya

 

17 yanvar 1706 - Görkəmli Amerika maarifçisi, filosof, ABŞ-ın qurucularından və ölkə Konstitusiyasının müəlliflərindən biri Bencamin Franklin (Benjamin Franklin, 1706-1790) Bostonda doğulub. Amerikada ilk kütləvi kitabxananın yaradıcısıdır.

 

17 yanvar 1835 - Litva şairi Antanas Barnauskas (1835-1902) anadan olub.
 

17 yanvar 1863 - Görkəmli rus teatrşünası, rejissor, pedaqoq Konstantin Sergeyeviç Stanislavski (Alekseyev; 1863-1938) anadan olub. 
 

17 yanvar 1902 - Rus-sovet kinorejissoru Leonid Zaxaroviç Trauberq (1902-1990) anadan olub.
 

17 yanvar 1933 - İtalyan əsilli Fransa müğənnisi Dalida (İolanda Kristina Cilotti - Yolanda Christina Gigliotti, 1933-1987) Misirdə anadan olub.  Fransız və ərəb dilində populyar mahnılar oxuyub.

 

17 yanvar 1960 - Məşhur rus bəstəkarı və estrada müğənnisi İqor Yuryeviç Nikolayev anadan olub. Bir çox populyar mahnıların müəllifidir.

 

17 yanvar 1962 - Amerika və Kanada aktyoru, ssenarist, prodüser Cim Kerri (James Eugene Carrey) anadan olub. Filmləri: “Maska”, “Kütbeyin və lap kütbeyin”, “Kabelçi”, “Yalançı, yalançı” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi