11 yanvar
1 yanvar 1875 - Azərbaycan SSR-nin Xalq artisti, bəstəkar Reynqold Qliyer anadan olub...
Azərbaycan
11 yanvar 1906 - Tarixçi, şərqşünas Əbdülkərim Əli oğlu Əlizadə (1906-1979) anadan olub.
11 yanvar 1994 – Kinooperator Ramiz Əlirza oğlu Babayev (Bakı, Əmircan, 8.3.1940 – 1994) vəfat edib. 1957-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Quraşdırılmış səhnələrin operatoru: “Alma almaya bənzər”, “Qızıl uçurum”, “Qanlı zəmi” (“Atları yəhərləyin”), “Fəryad” və s.
Dünya
11 yanvar 1875 - SSRİ Xalq artisti, bəstəkar, dirijor, pedaqoq Reynqold Moriseviç Qliyer (1875 - 23.6.1956) Kiyevdə doğulub. Bir müddət Bakıda çalışıb, “Şahsənəm” operasını yazıb. “Türk musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə” Azərbaycan SSR-in Xalq artisti (1934) adına layiq görülüb.
11 yanvar 1920 - Rus rejissoru, ssenarist Vladimir Yakovleviç Venqerov (1920 - 1997) anadan olub. Fimləri: “İki kapitan”, “Kortik” və s.
11 yanvar 1943 - İspan yazıçısı Eduardo Mendoza (Eduardo Mendoza i Garriga) anadan olub. “Nyu-York”, “Naməlum ada”, “Möcüzələr şəhəri” və s. romanların müəllifidir.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: