“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.01.2013, 10:12
1555

21 yanvar

A- A+

21 yanvar 1924 - Görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Axundova Şəkidə doğulub...

 Azərbaycan

 

21 yanvar 1907 – Görkəmli tarixçi və iqtisadiyyatçı, akademik Əlisöhbət Sumbat oğlu Sumbatzadə (1907-22.1.1992) Bakının Əmircan kəndinə doğulub. Azərbaycan xalqının etnogenezinə dair dəyərli tədqiqat əsərlərinin müəllifidir.

 

21 yanvar 1924 - Görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Qulam qızı Axundova (1924 - 26.7.2013) Şəkidə doğulub. Azərbaycanda opera ("Gəlin qayası") yazmış ilk qadın bəstəkardır. “Ev bizim, sirr bizim" operettasının, populyar mahnıların ("Mehriban olaq", "Nədən oldu", ""Gözlərimin işığı" və s.), romansların müəllifidir.


21 yanvar 1939 - Publisist, nasir Asif Xeybər oğlu Axundov anadan olub.

 

21 yanvar 1950 - Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub (1950 - 9.1.2016) Borçalı mahalının (Gürcüstan) Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulub. “Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Biz bir eşqin butasıyıq”, “Şair harayı”, “Bir əlim torpaqda, bir əlim haqda”, “Şairin taleyi” və s. kitabların müəllifidir. Milli Məclisinin deputatı (1995-2005), Azərbaycan Aşıqlar Birliyinin sədri (2008-ci ildən) olub.

 

21 yanvar 2000 - Görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərov (22.2.1924, Şuşa - 2000) vəfat edib. “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” və s. operettaları, “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları, “Bayatı-Şiraz” simfonik muğamı və digər musiqi əsərlərinin müəllifidir.

 

21 yanvar 2008 - Azərbaycan vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar İmanov (17.4.1929, Sabirabad - 2008) vəfat edib. Uzun illər Opera və Balet Teatrında çalışıb, operalarda baş partiyaları ifa edib, Bakı Musiqi Akademiyasının professoru olub.


Dünya

 

21 yanvar 1861 - Fransız rejissoru, dünya kinematoqrafının banilərindən biri Jorj Melyes (Maries-Georges-Jean Melies, 1861-1938) anadan olub. 1897-ci ildə yaratdığı “Star Film” studiyasında qısametrajlı filmlər çəkib.
 

21 yanvar 1905 - Polyak əsilli sovet yazıçı-dramaturqu, şair, ssenarist Vanda Lvovna Vasilyevskaya (1905-1964) anadan olub.  “Sular üzərində nəğmə” trilogiyası, “Vətən”, “Çaylar yanır” romanlarının müəllifidir.

 

21 yanvar 1906 - SSRİ Xalq artisti, məşhur baletmeyster İqor Aleksandroviç Moiseyev (1906-2.11.2007) anadan olub.

 

21 yanvar 1920 - SSRİ Xalq artisti, aktyor Nikolay Nikolayeviç Trofimov (1920-2005) anadan olub.
 

21 yanvar 1941 - Dünya şöhrətli ispan opera (tenor) müğənnisi Plasido Dominqo (Jose Placido Domingo) Madriddə doğulub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi